“Biz hətta İrəvana qədər gedə bilərdik” – Deputat
Tarix: 17-04-2021, 10:28
Baxılıb: 2 353
Google+ Paylaş
Tumblr Paylaş

“Biz hətta İrəvana qədər gedə bilərdik” – Deputat

17-04-2021, 10:28

“1993-cü ildən etibarən BMT-nin qəbul olunmuş 4 qətnaməsini gözlədik. ATƏT-in Minsk Qrupu və həmsədr institutu yaradıldı. Bizi səbr etməyə vadar etdilər. Səbr etməyi bacardıq və xeyli gözlədik. Məsələnin sülh yolu ilə həll olunmasına razı idik. Sentyabrın 27-nə qədər biz sülhün tərəfində idik. Ancaq bununla belə Ermənistan hər şeyi etdi ki, müharibə olsun. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz Ermənistana öz yerini göstərdi”.
Avromedia.az-ın xəbərinə görə, bunu deputat Vüqar İskəndərov deyib.
V.İskəndərov bildirib ki, ermənilər çox böyük yara aldı və bu yaranı çətin ki, sağaldalar: “Üçtərəfli bəyanat olmasaydı, Ermənistanın mövcudluğu sual altına düşəcəkdi. Bu bəyanat imzalanmasaydı, biz hətta İrəvana qədər gedə bilərdik. Bunun üçün Azərbaycanın kifayət qədər resursu var. Rusiya prezidentinin hər iki tərəfdən, xüsusilə, Azərbaycan rəhbərindən etdiyi xahiş nəticəsində döyüş dayandı. Kapitulyasiya aktı ilə Ermənistan məğlub olduğunu etiraf etdi. Dəmir yumruq hələ də yerə qoyulmayıb. O yumruq Ermənistanın başına vurulub və havada durur. Ermənistan bu bəyanata naxələf çıxmağa çalışarsa, həmir yumruq onların başını əzə bilər. Belə olan halda onlar dövlət kimi məhvə sürüklənə bilər”.News24.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ