4 aya 150 manat əmək haqqı ilə bağlı rəsmi açıqlama
Tarix: 12-05-2020, 17:30
Baxılıb: 1 660
Google+ Paylaş
Tumblr Paylaş

4 aya 150 manat əmək haqqı ilə bağlı rəsmi açıqlama

12-05-2020, 17:30

Lider TV-də işçilərə 4 ay ərzində cəmi 150 manat əmək haqqı verilməsi ilə bağlı işçilər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə heç bir müraciət daxil olmayıb.

Bu barədə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyib.

“Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarının pozulması ilə bağlı daxil olan hər bir müraciət qanunauyğun formada araşdırılır. Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətə vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb”, - o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Lider TV-nin əməkdaşlarının işdən azad edilməsi və onlara 4 ay ərzində cəmi 150 manat əmək haqqı ödənilməsi barədə məlumat yayılıb. Bu iddialar isə işçilərin hüquqlarının pozulması deməkdir və şikayət üçün əsas verir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ