Dietoloq: “Toyuq əti ilə bədənimizə hormon daxil olması həqiqətdir”
Tarix: 19-10-2019, 23:32
Baxılıb: 3 168
Google+ Paylaş
Tumblr Paylaş

Dietoloq: “Toyuq əti ilə bədənimizə hormon daxil olması həqiqətdir”

19-10-2019, 23:32

Aynurə Aşurova: “Biz həkimlər ilə paralel işləyirik. Amma etiraf edim ki, Azərbaycanda dietologiya elmi inkişaf eləməyib. Universitetlərdə belə bir ixtisas açılsa, yaxşı olar”
 Ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Qeyd edək ki, bu rəqəm müvafiq olaraq 2017-ci ildə 699, 2016-cı ildə 712, 2015-ci ildə 586 nəfər olub.
2018-ci ildə 18 yaşadək olan hər 100 000 nəfər arasında 26 nəfərə ilk dəfə piylənmə diaqnozu qoyulub. 2017-ci ildə bu göstərici 27 nəfər təşkil edib. 2019-cu ilin əvvəlinə bu xəstəliklə qeydiyyatda olan uşaqların sayı əhalinin hər 100 000 nəfərinə hesabı ilə 51 nəfər (2017-ci ildə 57) olub. Piylənmə daha çox oğlan uşaqları arasında müşahidə edilir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq yaşlarında piylənmə akademik fəaliyyətə təsir göstərir. Bu amil dərslərdə yüksək dərəcədə davamsızlığa və gözləniləndən daha aşağı müvəffəqiyyət dərəcəsinə gətirib çıxarır.
Sputnik Azərbaycan sağlam qidalanma pəhrizi ilə tanınmış dietoloq Aynurə Aşurova ilə kökəlmənin səbəbi, arıqlamağın sirləri və s. barədə söhbətləşib.
- Artıq çəkiyə səbəb nədir?
- Artıq çəki düzənsiz yeməkdən başlayır. Mən həmişə deyirəm - arıqladan və kökəldən qida yoxdursa, bəs kökəlmə nədən asılıdır? Bu bizim qəbul etdiyimiz qidanı nə zaman qəbul etməyimizdən, nə ilə qəbul etdiyimizdən və necə qəbul etdiyimizdən asılıdır. Yəni biz əgər kartofu axşam saatlarında yağda qızartsaq, daha bunu sonra çörək ilə qəbul etsək, əlbəttə kökələrik. Amma o kartofu əzmə formasında yesək, kökəlmə olmayacaq. Yəni kökəlmə qidanın növündən çox onun qəbul etmə formasından və qəbul etmə zamanından asılıdır. Kökəlmə problemi qidaların düzgün istifadə edilməməsi, zamansız və düzənsiz qəbul etmədən baş verir.
- Uşaqlarda kökəlmənin səbəbi nədir?
- Əslində günah uşaqda deyil, paketli qidanı çantasına qoyub məktəbə göndərən valideynindədir. Yəni valideynlər uşaqlara nə yedizdirməli olduğunu bilməlidir. Uşaq bilmir ki, lobya və noxud faydalıdır. Çünki evdə bu ərzaqlar bişirilmir. Uşaqlarda kökəlməyə səbəb düzənsiz və sağlıqsız yeməkdir. Uşaqlarda sağlıqsız yemək daha pisdir. Kilo almasalar belə, uşaqlar sağlıqlı qidalanmalıdır. Uşaqların sağlamlığı üçün bu vacibdir.
- Bir müddət əvvəl dietoloqlardan biri iddia etdi ki, toyuqlar hormonla yetişdirilir. Bu səbəbdən də toyuq əti ilə qidalanan oğlan uşaqlarında qadın kimi kökəlmə müşahidə edilir...
- Bəli, toyuqlar hormon vasitəsi ilə yetişdirilir. Və həmin qidaları biz qəbul edərkən toyuğa verilən hormonlar insanın orqanizminə daxil olur və kökəlmə müşahidə edilir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, normal və təbii şəkildə böyümüş toyuq məhsullarını qəbul edək. Ət olaraq, quzu əti yeyilməlidir. Çünki quzular heç bir hormon və antibiotik qəbul etmir, qəbul etdiyi an ölür. Quzu ətı bahalı olsa da, rahatlıqla qəbul edilə bilən sağlam qidadır.
- Siz pəhriz təyin edəndə xəstəlikləri nəzərə alırsınızmı?
- Sağlam qidalanma üsulunda bütün xəstəlikləri nəzərə alıram və ona uyğun proqram yazıram. Ümumiyyətlə, insanlara proqram tətbiq etsək də, hər zaman öncəliyimiz insanın sağlamlığı olur. Mən xüsusən uşaqlarda heç vaxt qidalanmanın qarşısını almıram. Mənim menyularımda çərəz də, xurma da, yağ da, ət də, toyuq da, balıq da, tərəvəzlər də var. Hər zaman deyirəm ki, sağlıqlı qidalanma yaşıl boşqab deyil.
Aynurə Aşurovanın menyularında çərəz, xurma, yağ, ət, toyuq, balıq və tərəvəzlər də var
Biz həkimlər ilə paralel işləyirik. Amma etiraf edim ki, Azərbaycanda dietologiya elmi inkişaf eləməyib. Universitetlərdə belə bir ixtisas açılsa, yaxşı olar.
- Kökəlməyin yaşı varmı?
- Kökəlməyin yaşı yoxdur, amma yaşın kökəlməyə təsiri var.
- Oturaq iş insanı kökəldirmi?
- Əslində hərəkət inan orqanizmi üçün çox vacibdir. Çünki aldığımız kaloriləri hərəkət ilə yandırmış oluruq. Oturaq işdə olan insanlar kökəlirsə, ona kalori defisti vermək lazımdır. Qidalanmanı düzgün etməlidirlər.
Əsas məsələ bizim sağlamlığımızdır. Mənim əsas məqsədim müraciət edənlərə kilo atdırmaqla yanaşı, sağlıqlı qidalanmağı öyrətməkdir. Mən hər zaman xanımlara deyirəm ki, mənim biliyimdən istifadə edin, öyrənin.
Dietoloq Aynurə Aşurova hesab edir ki, kökələ bilməyənlər gün ərzində 5-6 dəfə sağlam qidalanmalıdır və zülal qəbul etməlidir
- Bəs həddən artıq arıq olan, kökəlmək istəyənlər nə etsin?
- Kökələ bilməyənlər gün ərzində 5-6 dəfə sağlam qidalanmalıdır və zülal qəbul etməlidir. Bəzən sosial şəbəkələrdə deyirlər ki, 6-7 dəfə qidalanmaq lazımdır. Mən belə düşünürəm ki, bu kilo almaq üçün atılan yanlış addımdır, zərərdir. Bu dırnaqarası dieatoloqların biznesidir. Yanıma gələn pasientlər ilə söhbət zamanı məlum olur ki, bu tip dietoloqlar pasientləri yeməkdən asılı vəziyyətə salırlar. Mənim dieta menyumda qidalanma zamanı arada 4-5 saat ara vermək lazımdır. Bu arada biz bədəni dinləndirməliyik. Yəni qidalanmaq olmaz. Çünki mədəaltı vəzi, mədə və əsasən də beynimiz sakit olmalıdır.
-Dietasız normal insan gündə neçə dəfə qidalanmalıdır?
- 3 dəfə. Biz dietada meyvəni səhər yeyiriksə, normal qidalanmada günün istənilən vaxtında yeyə bilərik. Amma yaxşı olar ki, yeməklər arası 4-5 saat heç nə yeməyək. Bu salamlığımız üçün vacibdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ