“Məni ölüm mələyinin qanlı caynağndan onlar xilas etdi”
Tarix: 17-03-2021, 09:18
Baxılıb: 3 510
Google+ Paylaş
Tumblr Paylaş

“Məni ölüm mələyinin qanlı caynağndan onlar xilas etdi”

17-03-2021, 09:18

"Turan Araşdırma Mərkəzi" ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov Olaylar.az-a müsahibə verib. 
Müsahibəni təqdim edirik.
-Əjdər müəllim, indiyə qədər mətbuat sizinlə siyasi və ictimai və ya elmi məsələlərlə əlaqədar müsahibələr alıb. Bugünkü müsahibəmiz bir qədər fərqlənir. Bu yaxınlarda COVID-19 virusuna yoluxmanızla əlaqədar mediada və sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu haqda nə deyə bilərsiz?
-Hər birimizə məlumdur ki, hal-hazırda bütün dünya COVID-19-la mübarizə aparır. Eyni zamanda respublikamızda da, təxirəsalınmaz böyük tədbirlər görülür, mübarizə aparılır. Lakin heç birimiz sığortalı deyilik ki, virusa yoluxmayaq. Keçən ilin dekabr ayının sonundan test nəticəsində bəlli oldu ki, mən və həyat yoldaşım Tamilla İsmayilova COVID-19 -a yoluxmuşuq.
-Müalicəniz necə keçdi?
-Əvvəlcə həkimlərin nəzarəti altında evdə müalicə almağa başladıq. İlk gündən müalicəmiz yaxşı gedirdi, sonra səhhətimdə narahatçılıqlar baş verdi. Daha sonra həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirildik və yanvar ayının 7-dən Bakı Sağlamlıq Mərkəzində müalicə almağa başladıq.
-Müalicəniz necə keçdi? Proses ağır oldu?
-Yüngül keçirdim təbii ki, deyə bilmərəm. Asan olmadı. Sağlamlığımıza qovuşmaqda öncə Allaha, daha sonra həkimlərimizə çox minnətdaram.Yeri gəlmişgən, Bakı Sağlamlıq Mərkəzinin Direktoru səmimi insan Asiman Həsənovun bütün xəstələrə olduğu kimin xüsusi nəzarəti altında "COVİD"in yanar ocağından, sözün əsl mənasında, ölüm mələyinin qanlı caynağndan 22 gün gecəli-günüzlü mübarizədən sonra məni və həyat yoldaşım Tamella xanım İsmayılovanı sağlam və gümrah həyata qaytaran BSM-in tibb kollektivinə tarixi ehtiramımızı və sönməz məhəbbətimizi bildiririk.Eyni zamanda, "COVİD"-lə gecəli-gündüzlü, yorulmadan əsl mübarizə aparan şöbənin rəhbəri, böyüklə böyük, kiçiklə kiçik olan bütün xəstələrə, o cümlədən bizə də oğul səmimiyyəti göstərən Zakir Quliyev başda olmaqla bütün səmimi komandasına təşəkkür edirəm.
-Demək, həkimlərdən razı qaldınız?
-Bəli, çox razı qaldım. Bilirsiniz, bu kollektivdə yüksək peşəkarlıq, sağlam mühit, yüksək davranış gördüm. Bütün xəstələrə qarşı çox yüksək diqqət və qayğının şahidi oldum.
Onu da qeyd edim ki, bu amansız xəstəliklə mübarizədə tibbi personal çox əziyyət çəkir. Öz həyatlarını insanlarımızın sağlamlığı üçün təhlükəyə atırlar. Allah bu xətadan bəşəriyyəti xilas eləsin inşallah.
-COVİD-dən sonra özünüzü necə hiss edirsiniz?
-COVİD-dən tam sağaldıqdan sonra həkimlərin məsləhəti ilə 15 günə yaxın əlavə olaraq BSM-də postcovid şöbəsində - COVID-19-dan sonra bərpa müalicəsinə başladıq.
İndi artıq evdəyəm. Şükür Allaha özümü xeyli yaxşı hiss edirəm. Lakin orqanizmin tam bərpası üçün bir az zamana ehtiyac var.
-Əjdər müəllim, "xəstənin gözü yolda olar" deyirlər. Amma bu elə xəstəlikdi ki, heç kim ən yaxın xəstəsini belə yoluxa bilmədi. Sizin dostlarınız necə bu sınaqdan necə çıxdılar?
-Həyatımın bütün dönəmlərində inandığım insanların böyük əksəriyyəti, dostlarım ən çətin vaxtlarda yanımda olublar. Bu xəstəlik zamanı da yüzlərlə insanın narahatlığını gördüm. Xəstəliklə çarpışdığım günlərdə mənimlə və övladlarımla bərabər həyəcan keçirən tez-tez əlaqə saxlayan hər kəsə öz təşəkkürümü bildirirəm. Yeni Azərbaycan Partiyasındakı silahdaşlarımdan, dəyərli əqidədaşlarımdan tutmuş media işçilərinə, sosial şəbəkə istifadəçilərinə alimlərə ziyalılara, sıravi vətəndaşlarımıza minnətdarlığım sonsuzdur. Telefona ilk günlərdə cavab verə bilməsəm də, sağalandan sonra yüzlərlə zəng gəldiyini gördüm. Hamıya can sağlığı arzu edirəm. Özünüzü qoruyun və ən əsası qaydalara əməl edin.
-Əjdər müəllim, müsahibəyə görə təşəkkür edirəm.
-Mən də sizə və "Olaylar"-ın bütün kollektivinə təşəkkür edir, can sağlığı arzu edirəm.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ