Prezident: Biz mülki şəxsləri heç vaxt atəşə tutmuruq
Tarix: 15-10-2020, 08:24
Baxılıb: 3 854
Google+ Paylaş
Tumblr Paylaş

Prezident: Biz mülki şəxsləri heç vaxt atəşə tutmuruq

15-10-2020, 08:24

Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq.
GunAz.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində bildirib.
"Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik", - dövlət başçısı vurğulayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ