Fərəc Quliyev: Hər kəs özü qərar verərsə bu MİLLİ DAVRANIŞ OLMAZ
Tarix: 15-07-2020, 19:03
Baxılıb: 2 326
Google+ Paylaş
Tumblr Paylaş

Fərəc Quliyev: Hər kəs özü qərar verərsə bu MİLLİ DAVRANIŞ OLMAZ

15-07-2020, 19:03

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Respublikada cərəyan edən məsələlərlə bağlı GunAz.az-ın suallarını cavablandırıb
 
-Fərəc bəy, erməni ordusunun sərhədyanı bölgələrimizi atəşə tutmasının əsas məqsədi nədən ibarət idi?
-İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində başladığı əməliyyatlarmüharibəyə yeni bir mahiyyət verir. Yəni indiyə qədər Ermənistan tərəf daha çox istəyirdi ki ,danışıqlar formatı da dəyişsin və tərəf kimi Dağlıq Qarabağda quraşdırdıqları separatçı rejimin "Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə danışıqlar aparılsın . Dolayısı ilə onlar bildirmək istəyirdilər ki,proseslərdə Ermənistanın əli yoxdur və Azərbaycan ərazilərini işğal edənlər elə burdakı separatçı rejimin hərbi qüvvələridir. Əlbəttə, biz həmişə öz faktlarımızla Ermənistan tərəfdən ortaya qoyulan bu iddiaları alt üst eləmişik. Məsəl üçün, mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlılar ordan 100 km-lə aralı olan Naxçıvanın Kərki kəndini necə işğal edə bilərlər və yaxud da Qazax rayonunun ərazisində necə işğal edə bilərlər? Bu iddialar əlbəttə fiaskoya uğramışdı .Amma baş verən son hadisə həm də onu göstərirdi ki, artıq Ermənistan tərəf Dağlıq və Aran Qarabağdan çox-çox aralıda hərbi əməliyyat başlamaqla müharibədə tərəfdir və bunu bir daha təsdiqlədi. Bu bir çox məkrli planları həyata keçirməyə hesablansa da ,Azərbaycan Ermənistan ərazilərinə daxil olmamaqla bu planları pozdu. Çox bilən quş dimdiyindən tora düşər deyibdilər.Bu əməliyyatlarda bütün dünya gördü ki Azərbaycana qarşı müharibəni Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlılar aparmırlar. Ermənistan respublikası tərəfindən aparılır və Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərdəki ordu da Ermənistan ordusudur. Doğrudur, 2016-cı ildə savaşda 100-lərlə meyit Ermənistana aparılanda məlum olduki, öldürülmüş hərbçilər Ermənistan ordusunun əsgərləridirlər. Amma hər halda son hadisə də bunu bir daha sübut elədi. Ermənistan tərəfi çalışdıki, Azərbaycan tərəfini Dağlıq və Aran Qarabağda yox, Qarabagdan uzaq bir yerdə Ermənistanın içərisinə irəliləməyə təhrik etsin. Çünki buna qədər artıq müəyyən tədbirlər görmüşdülər .Tovuz ətrafı cəbhə bölgəsinə Ermənistanın Fövqəladə Hallar Naziri gəlmişdi, baxmışdı, müəyyən hazırlıqlar görmüşdülər və s .Bu bir plan idi. Baş verən hadisədən sonra dərhal Ermənistan Müdafiə Nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına müraciət etməsi də onu göstərir ki, daha çox Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını üz-üzə qoymaq, prosesə artıq KTMT-ni fəal şəkildə qatmaqda maraqlı idilər .Amma bu bleflər də keçmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının iclası hətta təxirə salındı. Oradakı dövlətlər Azərbaycan ilə xoş münasibətdədirlər və əslində nə baş verdiyini də çox gözəl bilirlər. Azərbaycan ordusuda bu bölgədə Ermənistan ərazisinə daxil olmadı, ermənilərə uzaq məsafədən cavablar verildi, atəş nöqtələri susduruldu. Mən hesab edirəm ki, sərhədləri qorumaq şərti ilə,paralel olaraq Ermənistanın Aran və Dağlıq Qarabağda yerləşən işğalçı ordusu zərərsizləşdirilməlidir, darmadağın olunmalı, məhv edilməlidir. Bizim əməliyyatlarımız daha çox öz ərazilərmizdə keçirilməlidir. Bunun üçün Ermənistan o fürsəti veribdir.
-Beynəlxalq təşkilatların bu hadisələrə münasibəti necə olacaq? Türkiyə dövləti Ermənistana yerini bilməyini, Azərbaycanın yanında olduğunu və hər bir dəstəyi ilə hazır olduğunu bildirdi.
 Artıq Ermənistan gözlədiyi nəticəni almadı. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının da dəstəyini almadı və ATƏT-inrəhbərliyinə də müraciət eləmişdi, oradan da istədiyi nəticəni almadı. Artıq ermənilər anlayırlar ki, bu 2016-cı il deyil. Sığortalanmayıblar.Azərbaycan tərəfi üçün də bu bir test oldu. Hər halda Rusiyanın son hadisədən sonrakı qoyduğu tövr də, mövqe də əvvəlkilərdən yaxşı mənada fərqləndi. Rusiya siyasi eksperti Deniz Karkatinovun bir fikrini istəyirəm bildirim. O, deyir ki, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər. İşğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması və atəşkəsin təmin olunması. Sadə bir fikir deyir ,amma əslində söhbət ondan gedir ki, Rusiya da başa düşür ki, bizim torpaqlarımız işğal olunubdu. Biz Ermənistan ərazisinə girib əməliyyat aparmadıq və aparmırıq. Amma işğal olunmuş ərazilərimizi azad eləmək haqqımızdır. 2016-cı ildə işğal siyasətinə son verməyimiz üçün apardığımız hərbi əməliyyatlarda Rusiya hücumun dayandırılmasını istəmişdi və həm super dövlət kimi, həm də ümumiyyətlə ATƏT-in Minsk qrupunun üzvü kimi Azərbaycan tərəfinə dinc yolla məsələnin həll olunmasını söz vermişdilər. Azərbaycanın əlində alibi var ki, siz o vaxt dediniz, biz də Hucumu dayandırdıq ,ammadinc yolla məsələ həll olunmadı. Ona görə biz indi Dağlıq Qarabağ və Aran Qarabağda, yəni işğal olumuş bütün ərazilərimizdə Ermənistan odusunu zərərsizləşdirmək əməliyyatlarını keçirmək məcburiyyətindəyik. Tovuz rayonunda baş verən hadisələri ayrıca götürmək olmaz.Ermənistan tərəfi Naxçıvan istiqamətində də əməliyyatlar keçirdi. Burda böyük oyunların elementləri görsənir və bu məsələlər təkcə Ermənistanın başında hazırlanan məsələlərə də oxşamır. Bunu Türkiyə prezidenti Ərdoğan dünənkiçıxışında da xüsusi qeyd elədi.Amma hər halda bir böyük vətənsavaşı başlayırsa, biz ciddi şəkildə hazırlığımızı görməliyik. Türkiyənin verdiyi mesajlara da planlarımızda yer verməliyik. Türkiyə artıq açıq şəkildə bildirir ki, indiyə qədər biz siyasi çözümdə Azərbaycanın yanındayıq deyirdiksə, indi bütün çözümlərdə Azərbaycanın yanındayıq deyirik. Xüsusilə altını cızaraq Çavuşoğlu deyirki, bilərəkdən bu ifadəni mən bir də işlədirəm. Biz Türkiyə ilə də oturub danışmalıyıq . Rusiya ilə də danışılmalıdır ki, məsələlərə müdaxilə eləməsin. Biz Azərbaycanın daxilində öz ərazilərimizin təmizlənməsi ilə bağlı fəaliyyət göstərmək istəyirik . Qan tökülməsini istəmirlərsə buyursunlar qısa zaman ərzində, tutaq ki, 15 günə, bir aya texniki imkanlar çatan qədər işğalçı ordu ölkəni tərk eləsin və bundan sonra danışıqlar başlaya bilər.İşğalçılar ölkəni tərk edəndən sonra Azərbaycanda Dağlıq Qarabağda yaşayan erməni əsilli azərbaycanlılarla bağlı müəyyən məsələlər müzakirə oluna bilər. Hərçənd ki, Azərbaycan tərəfi həmişə elan edib ki, biz bütün vətəndaşlarımızın, o cümlədən erməni əsilli vətəndaşlarımızın bütün Konstitusyadakı bütün hüquqlarını təmin etmişik və bundan sonra da eləməyə hazırıq. Azərbaycan tərəf bütün etnoslara münasibətində göstərdiyi münasibət ilə də bunu əməlində sübut edibdi.
-Xalqımızın, Partiyaların bu hadisələrdə DÖVLƏT-XALQ birliyinin yaratması həqiqətən qürurvericidir, bu hissləri necə yaşadınız?
-Dünən baş verən hadisələri biz gərək ciddi şəkildə nəzərə alaq. Yəni, əslində bütün Azərbaycan əhalsinin ordumuza və dövlətimizə verdiyi dəstək ifadəsi qürurverici idi. Yenə erməni tərəfdən postlar qoyulub, onların zabitləridöyüş bölgələrindən qaçırlar və onlar həbs olunurlar. Amma Azərbaycan vətəndaşları döyüşə can atırlar. Bu Azərbaycan cəmiyyətində vətənpəprvərlik hissinin yüksək səviyyədə qalmasını göstərir .Hamının ordu ilə, Ali Baş Komandan ilə bir yerdə olduğunu göstərir. Bu gün bizim də qoşulduğumuz ,43 partiyanın verdiyi bəyanatda da bu öz ifadəsini tapıbdı. Bütün siyasi kəsim demək olar ki, bu məsələdə öz iradəsini ifadə edibdi. Amma küçələrə çıxmaq və ya hər hansı formada dəstək ifadə edənlər iki fərqli qrup insanlar ola bilər. Bir qismi səmimi şəkildə bu məsələlərə vətənpərvərlik mövqeyindən əl qoyurlar və biz bunları təqdir edirik. Kimisi savaş bölgəsinə getmək istəyir, kimisi dəstək vermək istəyir .Amma bunlar mərkəzləşmiş rəsmi şəkildə, müvafiq strukturlara müraciət şəkilində olunmalıdır. Hər bölgədə, hər yerdə vətənpərvər insanlarımız var. Amma hərə bir yerdə qrup halında qərar verib onun icrası ilə məşğul ola bilməz. Bu mümkün deyil və effektli ola bilməz . Bu pozucu bir işə çevrilə bilər. Ikinci qrup adamlarsa bu məsələdə insanların duyğusundan istifadə edib təxribat törədə bilərlər. Çox təəssüflər olsun ki, dünən gecə saatlarında ordu ilə həmrəylik, şəhidlərimizə rəğbət göstərilən göstərilər sonda xüsusi hazırlanmış qüvvələr tərəfindən, təxribatçı qüvvələr tərəfindən, başqa dövlətlərin burda olan maşaları tərəfindən təxribata çevrildi və parament binasına daxil oldular. Bu çox üzücü hal idi. Azərbaycan polisinə qarşı olan hərəkətlər çox üzücü hal idi. O göstərilərdə polis də iştirak edirdi, orda iştirak edənlərə su verirdi. Hərbiçilərimiz işirak edirdi, həmrəylik nümayiş etdirirdi, heç kimə də maneə olunmurdu. Görünür, hamımız çox sayıq olmalıyıq. Burda Azərbaycanı sevməyən dövlətlərin kəşfiyyat strukturları təbii ki, işləyir. Ermənstanın müttəfiqləri olan dövlətlərinadamları var. Ermənistanın özünün xidmətində olan adamlar var. Ermənistanın himayə elədiyi, maliyyələşdirdiyi qurumların maliyyələşdirdiyi qeyri hökumət təşkilatlarının fəalları , adamları var. Biz çalışmalıyıq ki, bu məsələnin qarşısı çox qətiyyətlə alınsın. Belə məqamlarda arxa cəbhə ön cəbhə qədər ,bəlkə ondan daha artıq önəmlidir. Əvvəlaəsgərin fikri arxa cəbhədəki hadisələrdə qalmalı deyil. Biz şəhid veririk, generalımız əsgər və mülki şəxslər şəhid olub , burda isə kimsə Milli Məclisin binasına daxil olur, insanların duyğusundan istifadə edir, bölücü ,təxribatçı fikirlər söyləyir. Belə halda əsgərimiz hansı əhval ruhiyyəni yaşıyar? Bu doğru deyil axı. Ikinci bir tərəfdən dövlət avtoritetini sındırmağa çalışırlar. Bu da çox zərərli bir tendensiyadır.Azərbaycan ordusu daha ciddidöyüşlərə hazırlaşdığı bu dönəmdə Ermənistan tərəfində bir çaşqınlıq var idi. Onlar Azərbaycan ictimai rəyini gördükdə çox narahat olmuşdular. Topdan, tüfəngdən çox ölkədəki əhalinin birliyi düşmən tərəfi çox sarsıdır. Bunun üzərinə kölgə salmaq sadə məsələ deyil. Gedib parlamentin binasına daxil olmaq da elə belə duyğusal hərəkətə bağlı olan məsələ deyil, planlı məsələlərdir, bunlar aydınlaşdırılmalıdır və bu məsələdə əli olanlar təbii ki, cəzalandırılmalıdır. Savaş gedən anda qarışıqlıq salmaq ,çaşqınlıq yaratmaq düşmənə misilsiz xidmətdir. Müəyyən planlar tökülür, hərbiçilərimiz işləyirlər, siyasi mərkəzlər işləyirlər, müəyyən amillər nəzərə alınır. Hər hansı bir ifadə ilə sən nəyəsə zərər verəcəksənsə gərək bunu hətta gözləyəsən və s. Ona görə mən əhaliyə çağırış edirəm ki, təxribatlara uymasınlar. Mənim bundan əvvəl də çağırışım olub ki, rəsmi məlumat qaynaqlarına söykənərək məlumatlar yayılsın. Dövlət tərəfindən olan çağırışlara cavab versinlər. Hər kəs özü qərar verib, özü hərəkət edəcəksə bu artıq milli davranış olmaz və istəmiyə-istəmiyə bəzi hallarda proseslərə zərər vermiş olarlar. Mən hüquq mühafizə orqanlarını kəskin addımlar atmağa çağırıram. Hesab edirəm ki, hamımız, bütün partiyalar da, vətəndaşlar da belə məqamlarda ölkəmizə zərər gətirəcəkaddımların qarşısını almaq üçün səyləri birləşdirməli,dövlətimizin yanında olmalıyıq.
Bilman İSAQ
 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ