Demokratiyanı anlamayanlar
Tarix: 8-06-2020, 22:46
Baxılıb: 2 276
Google+ Paylaş
Tumblr Paylaş

Demokratiyanı anlamayanlar

8-06-2020, 22:46

Ölkəmizdə qanunların hamı üçün eyni olan aliliyinin təmin edilməsinin, azad, ədalətli, demokratik cəmiyyətin qurulmasının   zamana və ardıcıl mübarizəyə  ehtiyacı vardır.
 Koronavirus pandemiyasının davam etməsi səbəbindən, onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə, dövlət səviyyəsində tətbiq edilən məcburi məhdudlaşdırıcı tədbirlər, təəssüf ki, bəzi insanlar, xüsusilə də özünü millətsevər kimi təqdim etmək istəyən üzdəniraq "siyasətçilər"  tərəfindən birmənalı qarşılanmır, həm xaricdə, həm də ölkəmizdə bəziləri belə tədbirləri insan haqlarının pozulması, demokratiyaya zidd hərəkətlər  kimi qələmə verməyə cəhd edirlər. 
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Azad Azərbaycan" qəzetinə pandemiyanın məcburi məhdudlaşdırılmasından danışaraq əlavə etdi ki:
"Təbiidir ki, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ancaq bundan daha çox dərəcədə vətəndaşlarımıza, xüsusilə də, daimi işi olmayanlara, gündəlik çörəkpulu qazananlara ziyan vurur və bu da, öz növbəsində, psixoloji gərginliyə, vətəndaşların narazılığına səbəb olur və bu başadüşüləndir. Başa düşülməyən yaranmış gərgin vəziyyətdən az itkilərlə çıxmağa yardım etmək, heç olmasa insanlarımıza təsəlli vermək, çətinliyin keçici olduğuna inandırmaq əvəzinə, fürsətdən istifadə edərək ölkədə mövcud olan problemləri qabartmaqla, onların həllinə istiqamətlənmiş tədbirləri aşağılamaqla vətəndaş qarşıdurmasına rəvac verə biləcək hərəkətlərə cəhd etmək istəyidir". 
Partiya sədri bildirdi ki, dəfələrlə qeyd etmişik ki, heç kəs Azərbaycanda hər şeyin qaydasında olduğunu, heç bir problemin olmadığını heç vaxt deməyib və demir. Təəssüf ki, ölkəmizdə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, qanun pozuntuları, dərəbəylik  geniş yayılıb. Və bu o həddə çatıb ki, artıq iqtidar da bunun fərqindədir və görünən odur ki, belə hallara qarşı mübarizəyə start verilib. Bəzilərinə qeyd edilən mənfi təzahürlərin aradan qaldırılması asan gələ bilər. Belələri unudur ki, aşağıdan yuxarı, demək olar ki, bütün dövlət idarə və müəssisələrində, orqanlarında təmsil olunanların mütləq əksəriyyətinin qohumluq əlaqələri vardır və onlar daim bir-birini himayə edirlər. Ona görə də, bu cür mənfi halların aradan qaldırılmasının, ölkəmizdə qanunların hamı üçün eyni olan aliliyinin təmin edilməsinin, azad, ədalətli, demokratik cəmiyyətin qurulmasının   zamana və ardıcıl mübarizəyə  ehtiyacı vardır. 
Teyyub Qənioğlunun fikirlərinə götə, əsas məsələ bu mübarizənin mahiyyətində, onun necə qəbul edilib tətbiq edilməsindədir! Bəziləri bu mübarizədə daha çox xarici dəstəyə, xüsusilə Qərbə, bel bağlayırlar. Unudurlar ki, məhz Qərbin dəstəyinin nəticəsidir ki, torpaqlarımız uzun müddətdədir ki, işqal altındadır, məhz onlar deyirlər ki, torpaqlarımızın işqaldan azadlığının hərbi yolu yoxdur və bununla əslində Azərbaycana hədə-qorxu gəlirlər, məhz onlar mənfur ermənilərə hərtərəfli siyasi-iqtisadi-hərbi yardımlar etməklə Ermənistanı işğalı davam  etdirməyə sövq edirlər. Məgər Qərb, xüsusilə də AŞ PA, Azərbaycanda  demokratiyanın inkişafında, insan hüquqlarının qorunmasında maraqlıdırlar? Əgər AŞ PA doğrudan da Azərbaycanda insan haqlarının qorunmasında maraqlıdırlarsa, niyə işğal nəticəsində yurd-yuvasından didərgin düşən, sayı milyonu ötən vətəndaşlarımızın hüquqlarının qorunması, işğala son qoyulmsı üçün Ermənistana sanksiyalar tətbiq edilməsi üçün  heç bir real addımlar atmır? Ancaq bunların əksinə olaraq, güya - haqlı və ya haqsız yerə - həbs olunan (Allah yollarını açıq etsin!)  vətəndaşlarımızın hüquqlarını qorumağa cəhd edir və Azərbaycana qarşı sərt tədbirlərin görülməsini tələb edirlər. Azərbaycanda məhkəmələrin bir çox hallarda qanunsuz qərarlar çıxardığı hər kəsə məlumdur və buna görə də məhkəmə-hüquq sistemində də real islahatların aparılmasına, qanunun aliliyinin təmin edilməsinə ehtiyac vardır. Ancaq hesab edirik ki,  bu cür məsələlər xaricdən təzyiqlə həll ediləcək məsələlər deyil və bunların da zamana ehtiyacı var. Məhz buna görə də, Təkamül Partiyası siyasi mübarizədə təkamül yolunun qəti tərəfdarıdır. Ancaq, bəzilərinin fikirləşdiyi kimi, təkamülçülük hər şeyin öz-özünə düzələcəyini gözləmək, mübarizədən çəkinmək, yayınmaq anlamına gəlmir. Təkamülçülük qanunlar çərçivəsində ardıcıl, dönməz mübarizəni özündə ehriva edir, hər çür qarşıdurmanı, ixtişaşları, zorakılığı, siyasi mübarizənin küçə və meydanlarda aparılmasını rədd edir, hər bir sahədə islahatların "yuxarıdan" aparılmasının daha düzgün olmasını qəbul edir! Bu yol bəzilərinə uzun, əlçatmaz  görünə bilər. Ancaq bu ölkəmizdə əmin-əmanlığın, sosial-siyasi sabitliyin  qorunmasının, vətəndaş qarşıdurmasına yol verilməməsinin yeganə yoludur! Və sevindirici haldır ki, siyasi partiyaların, eləcə də,  xalqımızın mütləq əksəriyyəti bu yolun yeganə düzgün olduğunu qəbul etməkdədir.
Bilman İSAQ
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ