MÜXALİF PARTİYA SƏDRİNDƏN MİLLİ ŞURAYA İTTİHAM- “BU BOLŞEVİZM PRİNSİPİDİR”
Tarix: 19-05-2020, 12:26
Baxılıb: 3 934
Google+ Paylaş
Tumblr Paylaş

MÜXALİF PARTİYA SƏDRİNDƏN MİLLİ ŞURAYA İTTİHAM- “BU BOLŞEVİZM PRİNSİPİDİR”

19-05-2020, 12:26

Yunus Oğuz: “Yəni, kim bizim fikrimizlə razılaşmırsa düşməndir”
Yarandığı gündən dövlət, dövlətçilik əleyhinə fəaliyyətləri, milli mentalitetə, milli maraqlara zidd davranışları ilə cəmiyyətdə ikrah hissi yaradan Milli Şura adlanan qurumda baş verən son proseslər bir daha bu qurumun əsl mahiyyətini ortaya qoymuş oldu. Ard-arda bir neçə nəfərin adıçəkilən qurumdan istefa verməsini həzm edə bilməyən Milli Şura rəhbərliyi öz trolları, əlaltıları vasitəsilə təşkilatı tərk edənləri təhqir etdirdi, onları düşmən çıxartdı.
Milli Şura adlanan qurumda baş verən bu antidemokratik proses heç şübhəsiz ki, ölkədə fəaliyyət göstərən konstruktiv müxalifət partiyaları tərəfindən də izlənilir və haqlı olaraq kəskin tənqid edilir. Elə Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz da “OLAYLAR”-a verdiyi müsahibədə Milli Şura adlanan qurumda baş verən proseslərə nəzər yetirərək bu davranışı bolşevizm kimi xarakterizə edib.
-Yunus bəy, son günlər siyasi səhnədə müşahidə edilən mənfi tendensiyalardan biri də Milli Şura adlanan qurumda baş verən proseslərdir. Belə ki, adıçəkilən qurumun onlayn toplantısı zamanı Milli Şuradan istefa verən, onun rəhbərliyi ilə eyni fikiri, düşüncəni bölüşməyənlər tənqid, hətta təhqir olundu. Demokratiya, insan haqlarından danışan bir qurumda baş verənlər elə əsl antidemokratiklik, insan haqlarının pozulması demək deyilmi?
-Əslində ortalıqda bir şey olmayanda, pozitiv, kreativ təkliflərlə çıxış etməyəndə, 1992-93-cü ilin ab-havası ilə yaşayanda belə də olacaqdı. Bu bolşevizm prinsipidir. Yəni, kim bizim fikrimizlə razılaşmırsa düşməndir. Bu, Leninin tezisidir.  Bu fikirdən, düşüncədən təəssüf ki, azad ola bilmirlər. Hesab edirəm ki, bu çox təhlükəli bir fikirdir. Söhbət diktaturadan gedir. Hətta söhbət liderin kreativ fikirindən (əgər kreativ fikirlər varsa) yox, liderin fikirlərini bölüşməyən, onunla razılaşmayanların düşmən elan edilməsindən gedir. Bu da demokratiya ilə tamamilə daban-dabana ziddir.  İstəsən də, istəməsən də demoktatik bir ölkədə yaşayırıq, hər kəs mətbuatda, sosial şəbəkələrdə fikirlərini azad şəkildə, demoktatik qaydada söyləyə bilir və onlara qarşı da heç bir təqib, təzyiq yoxdur. Mövcud olan şərait də öz növbəsində hər kəsdə belə bir əminlik yaradır ki, demoktatik şəraitdə, heç bir təzyiq olmadan öz fikirlərimi ifadə edə bilərsən. Ancaq təəssüflər olsun ki, Milli Şura adlanan qurumda biz bunu müşahidə etmirik. Milli Şuranın üzvündən kim həmin qurumun liderindən, sədrindən fərqli bir fikir söyləyirsə, dərhal düşmən elan edilir. Konkret olaraq həmin təşkilatda bir prinsip işləyir. Kim sədrin fikrini bölüşmürsə, o düşməndir. Bolşevizm təfəkkürü budur. Leninin, Stalinin fikrini bölüşməyənlərin hamısı güllələnirdi.  Bunun fövqündə isə hakimiyyət uğrunda mübarizə aparmaq çox təhlükəli bir şeydir. Biz faktiki olaraq ölkəyə diktaturanın gətirilməsinə cəhdin şahidi oluruq. Biz sovet diktaturasından xilas olsaq da, görünür Milli Şuranın diktatura tətbiq etmək cəhdi hələ də davam edir. Onu da qeyd edim ki, Lenin kifayət qədər ağıllı adam idi, lakin bunlardan heç biri Lenin qədər, aktiv, fəal, kimdənsə asılı olmayan adam deyillər.
-Təşkilat daxilində demokratiya, fikir azadlığına şərait yaratmayan biriniun hakimiyyətdən eyni şeyləri tələb etməsi absurd deyilmi?
-Məsələ ondadır ki, bütün partiyalar, cəmiyyətin özü sosial dialoqa gedir. Koronavirus pandemiyası da bunu göstərdi. 90-95 faiz bu prosesdə maraqlı olduğunu nümayiş etdirdi. Heç şübhəsiz ki, hakimiyyət qızıl onluq deyil ki, hamının xoşuna gəlsin. Bu normal bir şeydir. Ancaq toplumdan çıxıb, nizam-intizama söykənən, lazım gələndə fərqlki fikir ortaya qoyan insanlar kifayət qədərdir. Hakimiyyət də bu gün öz növbəsində demokratiya istəyir, xaos yox. Ancaq onlayn formada Milli Şuranın toplantısını keçirən insanlar xaos tərəfdarıdırlar. Artıq onlar öz aralarında belə xaos yaratdılar, ağız deyəni qulaq eşitmədi. Demokratiya o demək deyil ki, kim nə deyirsə, o da olmalıdır.  Demokratiyada ən yaxşının yaxşısını götürməlisən. Bunlar isə ən pisin pisini götürürlər.
-Hətta müzakirələrdə küçə söyüşlərindən belə istifadə edirlər
-Ona görə deyirəm ki, hələ də 1992-93-cü ilin ab-havasından ayırmayıblar, hələ də o inersiya ilə gəlirlər ki, bəlkə bir gün qayıtdıq. Ancaq müxalifət düşərgəsində kifayət qədər sağlam insanlar var ki, artıq ağıllı addım atır və başa düşürlər ki, müstəqil dövlətin müstəqil meyarları var və həmin meyarlara əməl etmək lazımdır.  Dövlət qanunları, qaydalarına riayət etmək şərtdir. O səbəbdən hesab edirəm ki, həmin qüvvələr də xaos deyil, demokratiyanı təbliğ etməlidirlər. Ancaq bir şərtlə ki, demoktatiya adı altında xaos təbliğ edilməsin.
-Yunus bəy, bir məsələyə diqqət edək. Mili Şura adlanan qurumun həmin onlayn toplantılarından birində bu qurumu tərk edənlər, digər siyasi partiyalarla yanaşı, cinsi azlıqlar da təhqir edildi. Sonradan cinsi azlıqlardan üzr istənilsə də, lakin keçmiş müttəfiqlərindən üzr istəməyi lazım bilmədilər. Sizcə bu nədən xəbər verir, yaxud bu qüvvələrin cinsi azlıqlara hansısa formada bağlılığı varmı?
-Bağlılıqları birbaşadır. Azərbaycan mentalitetinə uyğun olmayan, Avropa mədəniyyəti, kosmopolit, cinsi azlıq mədəniyyətini təbliğ edirlər ki, məhz ona görə də maliyyələşirlər. Ona görə də hesab edirəm ki, birbaşa bağlılıqları var. Əks təqdirdə cinsi azlıqlar kimi tənqid, təhqir etdiyi üzvlərindən də üzr istəyərdilər. Bu gün ölkədə milli-mənəvi dəyərlərimizin daha da gücləndirilməsi xətti götürülüb. Həmin siyasi qüvvələrə isə bunun əksi tapşırılıb, qarşılarında şərt qoyulub. Bəlkə də nə zamansa şərtlər, müqavilələr, razılaşmalar üzə çıxacaq ki, yuxarıda qeyd etdiyimiz mentalitetimizə zidd fəaliyyətləri həyata keçirmək bu həmin siyasi qüvvələr qarşısında qoyulub. Əks təqdirdə onların maliyyələşdirilməyəcəyi bildirilib.
-Necə ki, vaxtı ilə Avropa Şurası ilə eyni tipli razılaşmanın əldə edildiyi, Qarabağ probleminin həllində müharibə variantına üstünlük verməyəcəkləri barədə razılıq əldə edilib
-Bəli, elədir. Nə zamansa həmin müqavilələr üzə çıxacaq ki, Qarabağ məsələsində yumşaq addım atacağıq, yaxud Qarabağ bizə lazım deyil, yalnız hakimiyyət bizə lazımdır. Əslində bəzi məsələlər yavaş-yavaş üzə çıxır.
-Maraqlıdır ki, həm hakim partiya, həm də bir sıra müxalif partiyalarda gəncləşmə getsə də, lakin bu qüvvələr gənclərin önə çıxmasının qarşısını alırlar. Sizcə bu elektorat yoxluğu və yaxud qısqanclıqdan irəkli gəlir?
-Təbii ki, gəncləşmə olmalıdır və hər bir siyasi partiya, təşkilatdan gənclərdən ibarət potensial siyasi lider ortaya çıxmalıdır. Lakin  bunların maddiyat məsələsi kifayət qədər qaranlıq olduğu üçün, gənclər arasında potensial lider ortaya çıxan kimi vurub sıradan çıxarırlar. Məsələn REAL-da pis-yaxşı potensial liderlər  üzə çıxdı. Onlar da əvvəl həmin qüvvələrlə bir yerdə idilər. Onları da dərhal axından kənarda qoydular ki,  bizim yerimizə gələ, Milli Şuranı zəbt edə, maddi yardılmları ələ keçirə bilərlər.  Ona görə də özləri də dəyişməyə meyilli deyillər.  Yəni artıq bunların əllərindən gələn başqa bir işi yoxdur. Dövlətə, millətə xəyanət, qisasçılıq. Bir sözlə ya qaydalara, qanunlara, demokratiyaya uyğun yeniləşməlisən, ya da yerində saymalısan. Milli Şurasan, çox gözəl. Təklif ver, məsələn iqtisadi, yaxud aqrar sahədə aparılan islahatlar barədə təklif irəli sür. Özünə elektorat topla. Ancaq biz həmin qüvvələrdə nəyi müşahidə edirik? Söyüş, təhqir, qeyri-sağlam mübarizə üsulu. Bu artıq tükənmək demıəkdir.
-Belə demək mümkünsə siyasi iflasın bir addımlığı
-Mən ona siyasi iflas deməzdim. Daha doğrusu özlərini xərcləmiş, bitmiş insanlar.
Məhəmməd
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ