İndiki vəziyyətdə iqtidar-müxalifət dialoquna daha çox ehtiyac var
Tarix: 18-04-2020, 08:56
Baxılıb: 1 193
Google+ Paylaş
Tumblr Paylaş

İndiki vəziyyətdə iqtidar-müxalifət dialoquna daha çox ehtiyac var

18-04-2020, 08:56


Müsahibimiz "Təmiz Dunya" İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. 
- Mehriban xanım bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans bir sıra əhəmiyyətli məqamları ilə yadda qaldı. Xüsusilə dövlət başçısı bəzi dairələrə həmin konfransda ciddi mesajlar verdi. Siz bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan ölkə rəhbəri Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını dedi. Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirdi. İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını vurğuladı.
- Siz necə hesab edirsiniz koronavirus pandemiyasına qarşı aparılan mübarizə nə qədər effektivdir?
- Koronavirus pandemiyası bütün dünyanı bürüdüyü, hətta ən inkişaf etmiş ölkələr onun qarşısında aciz qaldığı bir zamanda, Azərbaycan da dünyanın bir parçası olduğu üçün bu bəla təbii ki bizə də toxundu. Lakin, epidemiyanın ən pik dövrü sayılan vaxtda artıq müəyyən qədər rahatlıqla deyə bilərik  ki, Azərbaycan bu prosesdə elə də böyük itki ilə üzləşmədi.  Cənab Prezidentin cevik siyasəti, çevik qərarları bəlanı böyük itkisiz yola verməsinə səbəb oldu. Dogrudur, yoluxmalar və ölənlərimiz oldu. Lakin digər dünya ölkələrinə baxanda biz sevinirik ki, ölkə rəhbərinin çevik addımları məhz xalqın sağlamlıq və xilasına yönəlikli addımlar oldu.
Dünyada demək olar ki, siyasi proseslər dayandığı bir zamanda, ölkə daxilində başlanmış islahatların  başlandığı həmin tempdə gedişi təbii ki, mümkünsüz olardı. Koronavirus o qədər qəfil həyatımıza daxil oldu ki, o vəziyyətdə islahatların davam etdirilməsi mümkünsüz idi. Çünki, ortada xalqın xilası məsələsi dayanırdı. Buna baxmayaraq, bu ağır və çətin dövrdə yeni islahlatlar forması meydana gəldi ki, bu da çətin vəziyyətdən əhalinin çıxarılması üçün atılan addımlar idi. Bu gün dövlət qurumlarının neqativ hallara qarşı daha ciddi addımlar atmasının şahidi oluruq. Pandemiya cənab Prezidentin yalnız bu məsələdə köklənib qalmadığını hətta dünya siyasətində yeni təşəbbüslərlə çıxış etdiyini şahidi oluruq. Bunlardan biri, Türk Şurasının videokonfrans vasitəsilə Zirvə toplantısı keçirməsi, bəzi dövlətlərə dostluq yardımı, qonşu Gürcüstanla video görüş və s. kimi çoxlu siyasi gəlişmələri onu göstərir ki, cənab Prezident yenliklərə maraqlı və ölkənin inkişafına dair siyasətində ardıcıllığı davam etdirməkdədir. Təbii ki, bir çox məsələlər var ki, onların ardıcıllığında fasilə yarana bilər, lakin vəziyyət belədir ki, bu ölkə problemi yox, dünya problemidir və biz bunu nəzərə almalıyıq.
- Pandemiya başlamamışdan əvvəl  bütün ölkənin diqqətində duran məsələlərdən də iqtidar müxalifət dialoqu məsələsi idi. Təbii ki, bu məsələ bu gün də aktualdır…
- Bəli, hamı bu məsələni maraqla izləyir. Hər iki tərəf arasında dialoqun olması vacibdir. Çünki belə bir dialoq olmadıqda xaricdəki bizi istəməyən qüvvələr müxalifətin daha zəif "həlqələrinə” təsir etməyə, onları ələ keçirməyə çalışırlar. Çox təəssüf ki, müəyyən vaxtlarda buna nail də olurlar. Necə ki, bu gün müxtəlif QHT-lərlə, radikal müxalifətin ayrı-ayrı qanadları ilə belə əməkdaşlıq əlaqələri qurublar. Bütün bunları nəzərə alsaq, iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirmək lazımdır. Eyni zamanda, hesab edirəm ki, belə görüşlərdə yalnız müxalifət partiyaları deyil, Azərbaycanın ümumi palitrasının iştirakı da yaxşı olardı. Yəni iqtidar-müxalifət dialoqunun formatının daha geniş olmasını arzulayardım. Təəssüf ki, koronavirus pandemiyası bu məsələdə də təbii olaraq bir fasilə yaratdı. Düşünürəm ki, artıq virus gərginliyi tam aradan qaldırılmasa da artıq azalmaqdadı, insanlar məlumatlıdır, yeni qaydaların tətbiqi bu vəziyyəti stabilləşdirməyə imkan yaradır. Yəqin ki bu günlərdə, iqtidar müxəlifət dialoqunun yeni mərhələsinin bərpasını müşahidə edəcəyik. Bu ağır durumdan ölkənin çıxarılacağını düşünürəm ki, cənab Prezident bu çətinliyin öhdəsindən gəlir və xalqın təhlükəsizliyinin qarantı olduğunu bir daha təsdiq edir.
Mahir Hüseynскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ