Baş infeksionistdən ŞOK XƏBƏRDARLIQ: Vətəndaşlar bunu etməsə, vəziyyət kritikləşəcək - MÜSAHİBƏ
Tarix: 31-03-2020, 17:46
Baxılıb: 3 507
Google+ Paylaş
Tumblr Paylaş

Baş infeksionistdən ŞOK XƏBƏRDARLIQ: Vətəndaşlar bunu etməsə, vəziyyət kritikləşəcək - MÜSAHİBƏ

31-03-2020, 17:46

"İşini həyatından üstün tutanlar həm özlərinin, həm də digər şəxslərin həyatını risk altına ataraq koronavirusa yoluxma ehtimalını gerçəkləşdirir".
Bu sözləri Publika.az-a müsahibəsində ölkənin baş infeksionisti Cəlal İsayev deyib.
Müsahibəni təqdim edirik:
- Azərbaycanda yoluxma hallarının artmasının əsas səbəbi nədir?



- Koronavirusla bağlı tövsiyələr Nazirlər Kabineti yanında Operativ Qərargah, bütün tibb qurumları, dövlət təşkilatları tərəfindən daim verilib, bundan sonra da maariflənmə prosesi mütəmadi davam etdiriləcək. Bizim əsas tövsiyəmiz insanların sosial təcrid prosesini reallaşdırması və qarşılıqlı təmasdan çəkinməsidir. Təmas baş verməsə, sosial təcrid reallaşarsa, yoluxma halları xəstə və virus ifraz edən insanların digər şəxsləri yoluxdurmasına səbəb olmaz. Əlləri yumaq, gigiyena qaydalarına riayət etmək mütləqdir. Ancaq bizdə əsas problem sosial təcridlə bağlıdır. Kimin işi həyati problemini həll etmirsə, çölə çıxmasın. İşini həyatından üstün tutanlar həm özlərinin, həm də digər şəxslərin həyatını risk altına ataraq koronavirusa yoluxma ehtimalını gerçəkləşdirir.
- Ssenari belə davam edərsə bizi nə gözləyir?
 
- Heç kimə yad deyil ki, koronavirus Avropanı cənginə almış bir infeksiyadır. ABŞ və dünyanın çox sayda qüdrətli dövlətini öz əsarətinə almış infeksiyadan söhbət gedir. COVID-19 artıq sərhəd tanımır. Bu pandemiya hər yerə yayılmaqda davam edir. Bizim isə özümüzü qorumaq üçün lazımi tədbirlər sistemi işlənilərək hazırlanıb. Prezidentimiz fərman verib, vəsait ayrılıb. Nazirlər Kabineti demək olar ki, hər saat bu problemi müzakirə edir və müəyyən qərarlar qəbul edir. Vətəndaşların öhdəsinə düşən isə həmin qərarlara əməl etməkdir.

Əməl edilmədiyi təqdirdə, xəstələnmə sayı artacaq. Xəstələnmə sayı özü ilə birgə ağır fəsadlara səbəb ola bilər. Nəticə etibarilə reanimasiya şöbələrində yerləşən xəstələr çoxluq təşkil edəcək. Proses o nöqtəyə gələ bilər ki, reanimasiya şöbələrində xəstələrə yer və tənəffüs aparatları çatmasın. Daha sonra isə ciddi fəsadlarla üzləşərik. İtaliya, İspaniya və ABŞ kimi ölkələrdə bu problem artıq üzə çıxıb. Yəni vəziyyət o yerdədir ki, tənəffüs aparatlarını yaşlı şəxslərdən götürərək cavanlara qoşurlar. Bu həddə çatmamaq üçün vətəndaşlar verilən tövsiyələrə və qaydalara əməl etməlidirlər.
- Vətəndaşlara nə tövsiyə edərdiniz?
 
- İnsanlarımıza buradan çağırış edirəm, qaydalara əməl edin. Vəziyyət o həddə çatmasın ki, reanimasiya şöbələrində xəstə yatırmağa yer qalmasın. Hava-damcı yolu ilə yoluxan infeksiyalarda bu tədbirlərə əməl olunmasa, qeyd etdiyim vəziyyət gözlənilən haldır. Bizim üçün insanların həyatı hər şeydən önəmlidir. İnsan özü başa düşməlidir ki, çölə çıxmaq qadağan olunursa, onun sağlamlığı üçün bu addım atılır. Müəyyən dövr ərzində evdə qalsaq, bu xəstəliyin də qarşısı yavaş-yavaş alınmağa başlayacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ