İsveçrədə Azərbaycan-Türk Mədəniyyət Mərkəzi açılıb
Tarix: 8-05-2019, 13:14
Baxılıb: 57
Google+ Paylaş
Tumblr Paylaş

İsveçrədə Azərbaycan-Türk Mədəniyyət Mərkəzi açılıb

8-05-2019, 13:14

İsveçrənin Solothurn şəhərində Azərbaycan səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub. 
Açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız, İsveçrədəki səfirliyimizin əməkdaşları iştirak ediblər.
Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras qonaqları salamlayıb və mərkəzin yaradılması üçün dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinə təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir mədəniyyət mərkəzinin zəruriliyinə diqqət çəkib.
Sonra mərkəzin açılışı olub. Mərkəzdə Azərbaycan dilində həftəsonu məktəbi və müxtəlif məqsədlər üçün nəzərdə tutulan otaqlar var. İştirakçılar milli təamlarımıza qonaq edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ