"Qoca əxlaqsız"ın kitabını yandırdılar –  “Yazıçıların gizli həyatı”
Tarix: 30-10-2019, 11:59
Baxılıb: 784
Google+ Paylaş
Tumblr Paylaş

"Qoca əxlaqsız"ın kitabını yandırdılar – “Yazıçıların gizli həyatı”

30-10-2019, 11:59

Ceyms Coys 2 fevral 1882-ci ildə İrlandiyada zəngin və katolik ailədə dünyaya göz açmışdı. Ancaq bu ailənin həyat tərzi ata tərəfindən baltalanmış hesab edilirdi. Çünki Coysun atası sərxoş və bədxərc adamıdı. Atası barədə sual veriləndə o, deyirdi: "Atam müflisin biridi".
Yazıçının çağdaşı və rəqibləri Uilliyam Batler Yeyts, Samuel Bekket və D.H Lavrense olub. O, şifrəli, söz oyunu və şüur axını üslubunda yazıb. Coysun "Dublinlər" əsəri 22 nəşriyyat tərəfindən rədd edilib və bir nəşriyyat isə əsəri yandırıb.
Kitabı yandıran naşir hesab edirdi ki, əsər əxlaqa ziddir, həmçinin vətənpərvərlikdən uzaqdır. Ceyms Coysun ən məşhur əsəri "Uliss" isə 1933-cü ilə kimi Amerikada qadağan edilmişdi. Qismən çevrəsindəki cahillikdən, qismən də qulluqçusu Nora ilə evləndiyinə görə qınandığı üçün yazıçı ömrünün çox hissəsini Avropada, Parisdə və başqa şəhərlərdə keçirmişdi.
Coysu əsasən sağlamlığı narahat edirdi. Uşaqlığından bəri zəif gözləri onun başına dərd olmuşdu. O, gözündən 11 dəfə əməliyyat keçirmişdi. Həkimlər sol gözünün bəbəyini tamam çıxarmışdılar. Həmçinin diş ağrılarından da əziyyət çəkirdi. Gənc yazıçı yoxsulluq içində yaşadığı üçün dişləri tökülmüşdü. Yaranan iltihab gözlərinə də təsir eləmişdi. Ömrünün üçdə bir hissəsini demək olar ki, kor keçirmişdi.
Həyatı boyu itlərdən və göy gurultusundan çox qorxurdu. Uşaq vaxtı dənizə daş atdığı yerdə bir it onun çənəsini dişləmişdi. Göy gurultusuna qarşı olan qorxunu isə dayəsinin köməyi ilə tərgitmişdi. Aşırı dərəcədə katolik olan dayə balaca Coysa demişdi ki, göy gurultusu Tanrının qəzəbindən xəbər verir. Coysa tapşırmışdı ki, nə vaxt göy gurultusu eşitsə dərhal xaç çıxarıb dua etsin. Coys yetkin vaxtına çatanda belə göy gurultusu eşidəndə tir-tir titrəyirdi. Biri səbəbini soruşanda belə cavab verirdi: "Sən katolik İrlandiyada böyüməmisən, bilməzsən".
Coys cəmiyyətdə qoca pozğun sənətçi kimi tanınırdı. O, sevgilisi Nora Barnaka saysız-hesabsız əxlaqsız məktublar göndərmişdi.
Bəzən ədəbiyyat dünyasının iki əfsanəvi yazıçısı görüşür, amma nəticə gözlənilməz olur. Eynən 1922-ci ildə Coysla fransız yazıçısı Marsel Prustun görüşü kimi. O dövrdə bu iki ad dünyanın ən çox alqışlanan romançıları idi. Parisdə keçirilən bir şam yeməyi dəvətinə hər iki yazıçı gəlmişdi.
Prust və Coys salona girəndə ətrafa qəribə bir sükut çökür. Ətrafdakılar iki dühanın bir araya gələcəyini fərz etmişdilər. Haqlıydılar da. Skamyada oturmuş iki yaşlı adam kimi söhbətə başladılar.
"Hər gün başım ağrayır, gözlərim də fəlakətdi" - Coys deyir. "Mənim yazıq mədəm, nə edəcəyimi bilmirəm, məhv edir məni!" - Prust da belə cavab verir. İki yazıçı "trüf" yeməyini sevdiklərindən danışdılar. Daha sonra bir-birilərinin kitablarını oxumadıqlarını etiraf etdilər. Başqa danışılacaq mövzu qalmadığı üçün Prust utanaraq qapıya doğru yollanır. Coys söhbəti davam etdirmək ümidi ilə Prustu öz maşınında evinə aparsa da bir şey alınmır. Prust onu evinə ötürən Coysu çay içməyə də dəvət etmədən gözdən itir.
Coysun ədəbiyyat dünyasının ikonu sayılan digər yazıçı Uilliyam Batler Yeyts ilə görüşü də fəlakət hesab olunur. İrlandiyalı şair gənc Coysa özünü nə qədər sevdirməyə çalışsa da göstərdiyi çabalar boşa çıxır. Hətta Coysun bərbad şeirlərini oxumağı təklif etsə də, Coys ona qürurla cavab verir: "Madam ki, oxumaq istəyirsən, oxu. Amma sənin fikrin küçədəki adamın fikrindən dəyərli deyil".
Bu cümlənin ardınca ədəbiyyat söhbətləri başlayır. Yeyts Balzakdan danışmağa başlayanda Coys ona gülərək deyir: "Bu gün Balzak oxuyan kimdi?"
Coys Yeytsə bildirir ki, gec tanış olduğumuza görə sənə təsir edə bilməyəcəyim qədər yaşlısan. Yeyts bu təhqirlərə susmaqla reaksiya verir.
Yeyst sonralar Coys haqqında yazanda daha səmimi davrandı: "Liliputvari bir ədəbi dühayla eqozimin bir insanda birləşdiyini heç vaxt görməmişdim".
Bir dəfə küçədə Coysa yaxınlaşan gənc bir oxucu ona deyir: "Uliss"i yazan əlləri öpə bilərəmmi?" Coys cavab verir: "Yox, bu əllər başqa şeylər də elədi".
Mədə sancısından qıvrılan Ceyms Coys 10 yanvar 1941-ci ildə "Sürix" xəstəxanasına aparılır. 12 barmaq bağırsaq xorası diaqnozu qoyulan Coys artıq komada idi. Komada vəziyyətində bircə dəfə gözünü açan yazıçının son sözü bu olmuşdu: "Heç kim anlamırmı?.."

Avromedia.az
N.SAFURA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ