Şamaxıda poeziya axşamı və brifinq
Tarix: 7-10-2019, 12:09
Baxılıb: 1 965
Google+ Paylaş
Tumblr Paylaş

Şamaxıda poeziya axşamı və brifinq

7-10-2019, 12:09

Şamaxıda keçirilən "Mədəniyyət həftəsi"nin axırıncı günündəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə bir sıra maraqlı tədbirlər keçirilib.Onların arasında "Doğma diyar" rəsm sərgisi, "Çün Nəsimi aləmin sultanıdır,Dövr anın, dövran anın dövranıdır" adlı poeziya axşamı, Mətbuat nümayəndələri üçün "Mədəniyyət həftəsi"nə həsr olunmuş brifinq təşkil olunub.
Avromedia.az bildirir ki, "Doğma diyar" adlı rəsm sərgisi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Respublika uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin, rəsm qalereyalarının əməkdaşlarının iştirakı ilə baş tutmuşdur. Nəsiminin portretlərdən ibarət sərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
"Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır" adlı poeziya axşamı da Şamaxı Astrofizika Rəsədxanasında keçirilmişdir. Axşamı rəsədxananın direktoru, AMEA-nın müxbi üzvü, Namiq Cəlilov açmışdır. Poeziya axşamına Bakı və regionlardan dəvət olunmuş ziyalılar, həmçinin Nəsimi yaradıcılığının araşdırmaçısı Hacı Fərəc, "Ailə" musiqi qrupu və onun rəhbəri, Əməkdar mədəniyyət işçiləri Rasim Ələsgərli və Rəhman Ələsgərli, musiqişünas Səadət Təhmiraz qızı və digərları qatılıb. Tədbirdə Nəsimi irsi haqqında söhbət açılıb. Tədbirindən sonra keçirilmiş "Mədəniyyət həftəsi"nə həsr olunmuş brifinqdə Mərkəzin direktoru Asif Usubəliyev müxtəlif telekanalların və xəbər portallarının nümayəndələrinin suallarını cavablandırıb, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi barədə də məlumat verib. TWESCO tərəfindən YUNESKO-nun mənzil qərargahı Parisdə təşkil olunmuş Beynəlxalq Forumda Nəsimiyə həsr olunmuş çıxışı haqqında xatirələri də bölüşüb.
Brifingdən sonra bir sıra televiziya kanalları Mərkəz tərəfindən təltif edilib.
N.SAFURAскачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ