Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu
Tarix: 3-10-2019, 14:30
Baxılıb: 646
Google+ Paylaş
Tumblr Paylaş

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu

3-10-2019, 14:30

Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirildi.
Avromedia.az bildirir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, yerli və xarici alimlər, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvəsi və nəticələri iştirak edirdi.
Qonaqlar əvvəlcə filarmoniyanın foyesində mərhum alimin həyat və fəaliyyətini əks etdirən foto və kitab sərgisi ilə tanış oldular.
Daha sonra Əhməd bəy ömür yoluna işıq salan "Millət fədaisi" adlı sənədli film nümayiş etdirildi. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunur.
Yubiley gecəsində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Əhməd bəy Ağaoğlu ilə bağlı fikirlərini bölüşdü.
Azərbaycanın Macarıstandakı səfiri, Ə.Ağaoğlu irsinin tədqiqatçısı, professor Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdı.
Ə.Ağaoğlunun adını daşıyan nəticəsi çıxış edərək Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirdi. Dedi ki, onda babasına dair arxiv var: "Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam".
Daha sonra tədbir bədii hissə ilə davam etdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ