Allahverdi Yolçuyev: Xəstəliyimin müalicəsi Türkiyədədir
Tarix: 24-08-2019, 22:44
Baxılıb: 1 070
Google+ Paylaş
Tumblr Paylaş

Allahverdi Yolçuyev: Xəstəliyimin müalicəsi Türkiyədədir

24-08-2019, 22:44

Bir neçə həftə öncə məşhur aktyor Allahverdi Yolçuyevin səhhətində ciddi problemlər yarandığı və onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi məlum oldu.
Səhhəti ilə maraqlanmaq üçün Avromedia.az-ın əməkdaşı aktyorla əlaqə saxlayıb.
A.Yolçuyev intensiv müalicə aldığını bildirib: "Sağ olsun bizim media əhli. Onların sayəsində xəstəliyimlə bağlı xəbərlər yayıldı. Bir çox klinikalar səsimə səs verdilər. Onlardan birində iki həftə intensiv terapiya keçdim. Nəticədə əllərimin durmadan əsməsi, 20 faiz də olsa, azalıb. Özümü ötən günlərdəkindən daha yaxşı hiss edirəm. Sağlamlığım işimə də birbaşa təsir etdi. İndi yenidən iş başına dönmüşəm. Mən ailəyə baxan insanam. Onları dolandırmalıyam. Ona görə də mütləq işləməliyəm".
Aktyor Türkiyədə müalicə alarsa, səhhətinin daha da yaxşılaşacağını bildirib.
O deyib: "Xəstəliyimin müalicəsi Türkiyədədir. Çox istərdim ki, oraya gedib, müalicəmi bütünlükdə alım. İnanıram ki, orada dərdimə dərman tapılar və sağalıb, öz fəaliyyətimi saha sağlam şəkildə davam etdirərəm".
Qeyd edək ki, aktyor Allahverdi Yolçuyev avqustun əvvəlində Oxu.Az-ın əməkdaşına iki ildən çoxdur Parkinson xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin günü-gündən pisləşdiyini söyləmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ