Əməkdar artist zirzəmidə yaşayır?
Tarix: 5-10-2021, 11:05
Baxılıb: 2 515
Google+ Paylaş
Tumblr Paylaş

Əməkdar artist zirzəmidə yaşayır?

5-10-2021, 11:05

Neçə illərdir ki, yarımzirzəmidə yaşayıram.

Bunu Qaynarinfo.az-a açıqlamasında əməkdar artist, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanov deyib. Ömrünün çoxunun geridə qaldığını deyən aktyor bu yaşdan sonra ev ummadığını deyib:

"Artıq teatrda iş başlayıb, gələn həftədən rol aldığım tamaşalar repertuarda olacaq. Sənət adamı gərək səhnədə olsun. Bilirsiniz ki, evim yoxdur, yarımzirzəmidə bir otaqlı, rütubətli yerdə qalıram. Neçə illərdir ki, orada yaşayıram. Daha ev də ummuram, nə ömrüm qalıb ki… İki il bundan əvvəl evlə bağlı müraciət etmişdim, aidiyyatı qurumlardan növbəyə yazılmağımla bağlı cavab gəldi. Eybi yox, mənə ev lazım deyil, əsas şəhid ailələri və qazilərimizdir. Onlara 44 günlük qələbədən sonra ev verirlər, bunu eşidəndə sevinirəm, elə bilirəm ki, o ev mənə verilir”.

Rəhman Rəhmanov müğənni oğlu Emil Rəhmanovdan da söz açıb:

"Konsertlər verir. Emilin heyranları çoxdur. İndi ancaq ailəsi və işi ilə məşğuldur. Şükürlər olsun bu günə. Mənə onun dəstəyi deyil, bir ata kimi xoşbəxtliyi lazımdır. Onun bu gününü görəndə kənardan bir valideyn kimi sevinirəm".

Qeyd edək ki, Əməkdar artist, Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanov bir neçə il bundan öncə həbs olunmuşdu. Müğənni 6 il azadlıqdan məhrum edilmişdi.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ