Nazir Rafael Dadaşovun dəfn mərasimində: “Sağlamlığı ilə bağlı əziyyət çəkirdi”
Tarix: 17-03-2020, 15:30
Baxılıb: 2 174
Google+ Paylaş
Tumblr Paylaş

Nazir Rafael Dadaşovun dəfn mərasimində: “Sağlamlığı ilə bağlı əziyyət çəkirdi”

17-03-2020, 15:30

“Bizim üçün böyük itkidir, şəxsən mən gözəl bir insanı itirmişəm. Münasibətlərimiz həmişə çox yaxşı olub. Sağlamlığı ilə bağlı əziyyət çəkirdi, Allah rəhmət etsin. Rafael Dadaşov Azərbaycan teatr tarixində böyük bir səhifə yazıb. O, sənətkar ailəsində və teatr mühitində böyümüşdü”.
Bu sözləri bir neçə saat əvvəl Xalq artisti Rafael Dadaşovun II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev aktyorla bağlı xatirələrini jurnalistlərlə bölüşərkən deyib:
“Azərbaycanın bir neçə regionlarının teatrlarında çalışsa da, sözsüz ki, əsas fəaliyyəti Azərbaycan Akademik Milli Dram Teatrı ilə bağlı idi. Onun səhnədə canlandırdığı qəhrəmanlar bu gün də yaşayır. 60-70-ci illərdə onun Don Juan rolunu həmişə böyük maraqla izləyirdik. “Hamlet”də kral rolunu, Qoqolun “Müfəttiş” tamaşasını isə çox böyük ustalıqla oynamışdı. Ümumiyyətlə çoxşaxəli insan idi, televiziya və radioda da çalışmışdı. Gözəl dost idi. Cəban prezident və Mehriban xanım Əliyeva həmişə onun səhhətini diqqətdə saxlayırdı. Lazım olan köməkliyi göstərmişdilər, lakin bu, Allahın hökmüdür. Allah ona rəhmət etsin. İndiki vəziyyətdə vida mərasimlərinin keçirilməsi yerinə düşməzdi. Amma biz artıq nəzərdə tutmuşuq ki, teatrların qapıları tamaşaçılara açıq elan edildikdən sonra mütləq onun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunsun. Mütləq onu yada salayacayıq”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ