NASA-nın yeni kosmik vasitəsi: Drim Çeyser
Tarix: 30-11-2019, 22:37
Baxılıb: 883
Google+ Paylaş
Tumblr Paylaş

NASA-nın yeni kosmik vasitəsi: Drim Çeyser

30-11-2019, 22:37

Sierra Nevada Corporation (SNC) tərəfindən hazırlanan kosmik vasitə Drim Çeyser, NASA üçün BKS-ə aparılacaq yükləri daşıyacaq. Son dərəcə çox istiqamətli olan bu vasitə, tamamilə yenidən istifadə edilə bilər və ilk dəfə 2021-ci ilin payızında istifadə ediləcək.
Kosmik vasitənin görünüşü isə NASA-nın klassik Şatlın qəşəng bir versiyası kimi görünür.
Mətbuatda çıxan xəbərlərə görə kosmik vasitənin sınaq versiyası olan və "Şutinq star" (Shooting star) adı verilən yük modulu, NASA-nın Kennedi Kosmos Mərkəzinə doğru yola çıxdı. Şirkət, Drim Çeyser kosmik vasitəsini ilk dəfə 2021-ci ilin payızında Beynəlxalq Kosmik Stansiyasına yük çatdırmaq missiyası çərçivəsində istifadə edəcək. Bundan başqa şirkətin NASA ilə etdiyi müqavilə, cəmdə 6 fərqli daşınmanı əhatə edir. Vəzifə daxilində yük modulunda cəmdə 4,5 ton təzyiqli və təzyiqsiz yük daşınacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ