SpaceX şirkəti Starlink peyk internet xidmətinə 2020-ci ildə başlayacaq
Tarix: 9-11-2019, 23:20
Baxılıb: 592
Google+ Paylaş
Tumblr Paylaş

SpaceX şirkəti Starlink peyk internet xidmətinə 2020-ci ildə başlayacaq

9-11-2019, 23:20

SpaceX şirkətinin peyk internet xidməti Starlink, gələn ilin ortalarına doğru istifadəyə açılacaq.
Elon Maskın sahibi olduğu SpaceX şirkəti, dünyanın çatıla bilməyən hər nöqtəsinə internet aparmaq layihəsi daxilində keçən aylarda, 60 ədəd Starlink internet peykini kosmosa çıxardı. Şirkət, hər il yeni Starlink peykləri çıxararaq dünya orbitində internet şəbəkəsi quracaq və buradan Dünyaya internet çıxışını təmin edəcək.
SpaceX şirkətinin başçısı Qvin Şotvel, Starlink peyk internet xidmətinin 2020-ci ilin ortalarında ABŞ-da istifadəyə təqdim ediləcəyini dedi. Bu tarixə qədər əlavə 6 ya da 8 ədəd Starlink çıxarılacağını açıqlayan Qvin Şotvel, 2020-ci ilə qədər cəmdə neçə ədəd Starlink peykinin orbitdə olacağını isə demədi.
SpaceX, cəmdə 42 min Statlink peykini önümüzdəki illərdə kosmosa çıxarmağı düşünür. Bu ana qədər ilk prosesdə 60 ədəd peyk göndərən şirkət, mərhələli olaraq bu ədədi daha da artıraraq, bütün dünyaya peykdən internet əlaqəsi təmin etməyi planlaşdırır.
2021-ci ildə isə dünya üzrə istifadəçilər, bir ədəd fərdi Starlink terminalı istifadə edərək, peyk internet xidmətinə çata biləcək. Bu anda bu terminallardan biri də SpaceX baş icraçı direktoru (CEO) Elon Maskın evində var. Mask, keçən günlərdə bu terminaldan peyk internetinə bağlanaraq tweet atmış və "bu tviti, kosmosdakı Starlink peykləri üzərindən göndərirəm" yazmışdı.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ