Yaponlar Antarktidanı və Ayı tədqiq edənlər üçün səyyar ev hazırlayıb
Tarix: 2-11-2019, 23:12
Baxılıb: 197
Google+ Paylaş
Tumblr Paylaş

Yaponlar Antarktidanı və Ayı tədqiq edənlər üçün səyyar ev hazırlayıb

2-11-2019, 23:12

Yaponiya Antarktida tədqiqatçıları üçün və gələcəkdə Ay stansiyalarında istifadə üçün nəzərdə tutulmuş eksperimental səyyar ev təqdim etmişdir.
Avromedia.az deyerler.org-a istinadən bildirir ki, Tokionun ətrafındakı Tatikavadakı Yaponiya Dövlət Qütb Araşdırma İnstitutunun işçiləri tərəfindən, güclü küləklərə və şiddətli soyuqlara davamlı olan evin prototipi nümayiş etdirilib. Bu, institutun, eləcə də "Misava" şirkəti və Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin birgə layihəsidir. Qütb İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, ev təxminən 3x6 metr ölçülü bir kub konteyner tipli quruluşdadır.
Tədqiqatçılar və kosmonavtlar üçün nəzərdə tutulmuş ev, kirşə üzərində qar hərəkət maşınları vasitəsi ilə daşınacaq. İki bloklu ev təxminən 33 kvadratmetr sahəyə malik olacaq. Divarlar ağacdan və "Galvalume" örtüyündən hazırlanmışdır ki, bu da -45,3 dərəcəyə qədər və saniyədə 61,2 metr külək sürətinə tab gətirəcək. Günəş fotoelektrik ("PV") panellər qapalı temperaturun optimal saxlanması üçün enerji və istiliyi saxlayacaq. Qütb evinin kirşə üzərində sınağı 2020-ci ilin fevral ayında Antarktidadakı Yapon "Syova" stansiyasında keçiriləcək.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ