GÖZÜNÜZ AYDIN: Süni əti təbii ətdən ayıra bilməyəcəksiniz
Tarix: 22-10-2019, 19:32
Baxılıb: 2 223
Google+ Paylaş
Tumblr Paylaş

GÖZÜNÜZ AYDIN: Süni əti təbii ətdən ayıra bilməyəcəksiniz

22-10-2019, 19:32

Alimlər, nəhayət, əzələ liflərinin quruluşunu yarada biliblər və nəticəni təbii bir tikə ətlə müqayisə ediblər.
Avromedia.az bildirir ki, onlar əvvəlcə sintetik ətə lifli bir quruluş veriblər. Yekun məhsul inək və dovşan əzələsinin hüceyrələrindən yetişdirilib. Onların böyüməsinin əsası yeməli jelatindən hazırlanan süni liflər olub. Nəticədə təbii ətlə müqayisə olunan bir quruluş alınıb. Alınan məhsulda hətta əzələ “iplərini” tutan yapışqanı da unutmayıblar. Bundan əlavə, təbii toxumaların biokimyəvi xüsusiyyətləri də nəzərə alınıb.
Tədqiqatçılar süni məhsulun nə dərəəcədə real mal, donuz və ya dovşan əti kimi göründüyünü yoxlamaq üçün mexaniki sınaqlar keçiriblər. Təbii ətdə daha çox əzələ lifi olduğu ortaya çıxıb. Bu o deməkdir ki, ən vacib maneəni aşmaq – laboratoriyada yağ və əzələ hüceyrələrinin effektiv yetişməsinə nail olmaq mümkün deyil.
Elmi işin müəllifləri jelatinin hər hansı təbii ətin tərkib hissəsi olduğunu, istilik emalı, yəni bişirmə zamanı zülalların parçalanması zamanı meydana gəldiyini vurğulayıblar.
KONKRET.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ