Görünməmiş xəstəlik - orqanizm pivə istehsal edir
Tarix: 22-10-2019, 09:31
Baxılıb: 2 522
Google+ Paylaş
Tumblr Paylaş

Görünməmiş xəstəlik - orqanizm pivə istehsal edir

22-10-2019, 09:31

Həkimlərin fikrincə, avtomatik fermentasiya sindromu az öyrənilmiş və orqanizm üçün təhlükəli olan bir haldır.
 ABŞ-ın Riçmond universitetinin alimləri "avtomatik fermentasiya sindromu" kimi tanınan mədənin qeyri-adi fermentasiyası sindromunu aşkar ediblər.
Avromedia.az xəbər verir ki, bu xəstəlikdən əziyyət çəkənlər alkoqollu içki qəbul etməsələr belə, daima özlərini sərxoş hiss edirlər. Xəstəliyin əlamətləri daha əvvəl barmağını yaralamaqdan başqa heç bir xəstəlikdən şikayət etməyən 46 yaşlı kişidə özünü göstərib.

Belə ki, 2011-ci ildə kişi barmağını zədələyib. Bundan sonra o, həkim məsləhəti ilə antibiotik müalicəsi alıb. Ancaq bir həftə sonra o özünü qəribə hiss etdiyini deyib. Kişidə aqressiv davranışlar, yaddaşın itməsi və "beyində duman" müşahidə edilib. Psixiatr ona antidepressant dərmanlar yazsa da, bu dərmanlar onun vəziyyətini düzəltməyib. Hadisə o zaman aydınlığa çıxıb ki, kişi sərxoş vəziyyətdə avtombil idarə etdiyi vəziyyətdə saxlanılıb. Analiz zamanı onun qanında 200 milliqram alkoqol aşkarlanıb. Bu isə 10 qədəh içki deməkdir. Ancaq kişi özü içki içmədiyini iddia edib. Bundan sonra kişi Ohayo klinikasına müraciət edib. Müayinələr zamanı bütün analizlər normada olub. Lakin bir nümunədə Saccharomyces cerevisiae (saxormiset - pivə mayası) və əlaqəli göbələklərin olduğu aşkar edilib.
Bu maya şərabçılıqda geniş istifadə olunur, çünki o, karbohidratları fermentləşdirir və spirt istehsal edir.
Eyni zamanda tibb işçiləri düzgün diaqnoz qoya və müalicə təyin edə bilməyiblər. Xəstə güclü sərxoş olma tutmalarından əziyyət çəkib və tutmaların birində yerə yıxılaraq başını əzib. Hətta yoxlama zamanı onun qanında 400 milliqram spirtli içki aşkarlanıb.
Bundan sonra kişi Riçmond Universitetinin mütəxəssislərinə müraciət edib və onlar ona bağırsaq mikroflorasının müalicəsi üçün antifunqal dərmanlarla probiotiklərin birləşməsini təyin ediblər.
Nəticədə xəstə sağalmağa başlayıb. Bir il yarımdan sonra o, sindromun əlamətlərindən tamamilə qurtulub. Həkimlərin fikrincə, avtomatik fermentasiya sindromu az öyrənilmiş və orqanizm üçün təhlükəli olan bir haldır.Sputnik

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ