“Qucci” ləğəbli it sahibini əziyyətli ölümdən xilas etdi
Tarix: 11-10-2019, 08:37
Baxılıb: 1 171
Google+ Paylaş
Tumblr Paylaş

“Qucci” ləğəbli it sahibini əziyyətli ölümdən xilas etdi

11-10-2019, 08:37

Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində Qucci adlı pomeraniya iti sahibini yanğından xilas edib. Bu barədə “9News” xəbər portalı məlumat yayıb.
58 yaşlı Corc Rutonskinin evi 7 oktyabr tarixində yerli vaxtla saat 23:30 radələrində yanıb. Avstraliyalı itinin səsinə yuxudan oyanıb, köməyə qonşular da gəliblər. Onlar kişinin evdən çıxmasına kömək edərək onu xəstəxanaya aparıblar.
Qonşu Fred Sakker deyib ki, it Corcu vaxtında oyadaraq həyatını xilas edib: "Düşünürəm ki, it olmasa, o, sağ qala bilməzdi. Evdə hər şey yanıb".
Yanğın söndürülsə də, binanın əksər hissəsi böyük zərər görüb. Corcun sığortalamağa vaxtı olmayan "Harley-Davidson" motosikleti belə yanıb.




скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ