Jurnalistin oğlu studiyaya girərək canlı yayımı pozub
Tarix: 11-10-2019, 08:48
Baxılıb: 2 173
Google+ Paylaş
Tumblr Paylaş

Jurnalistin oğlu studiyaya girərək canlı yayımı pozub

11-10-2019, 08:48

Oğlan kadra girərək münaqişəli ərazidən baş verənləri şərh edən anasını qucaqlamağa çalışıb. Anası əvvəl oğlanı özündən uzaqlaşdırmağa cəhd etsə də, bunun faydasız olduğunu görüb
 NBC telekanalının müxbiri Kortni Kyub (Courtney Kube) canlı yayıma çıxaraq Suriyadakı cari vəziyyətdən danışıb. Həmin vaxt gözlənilmədən onun azyaşlı oğlu studiyaya daxil olaraq anasının sözünü kəsib. Kanal bu fraqmenti özünün "Twitter" hesabında paylaşıb.
Kyub Suriya və Türkiyə sərhədindəki vəziyyətdən danışıb. O bildirib ki, Ankara Suriyanın şimal ərazilərində kürdlərin birləşməsinə mane olmaq istəyir. Həmin an jurnalistin oğlu studiyaya daxil olub.
Oğlan kadra girərək münaqişəli ərazidən baş verənləri şərh edən anasını qucaqlamağa çalışıb. Anası əvvəl oğlanı özündən uzaqlaşdırmağa cəhd etsə də, bunun faydasız olduğunu görüb. O, ani olaraq şərhinə ara verib. "Bağışlayın uşaqlarım buradadır", - deyən müxbir gülümsəyərək bunun həqiqətən də canlı efir olduğunu qeyd edib.
Sonra efirdə studiyadan yayımı Türkiyə, Suriya və kürdlərin nəzarət etdiyi ərazilərin xəritəsi əvəz edib. Kyub tezliklə öz çıxışını davam etdirib və bir neçə saniyə sonra yenidən teleefirə qayıdıb.
Sosial şəbəkələrdə çoxları uşaqlarını özü ilə işə apardığına görə jurnalisti dəstəkləyiblər. Efirdə baş verənləri şərh edən telekanalın əməkdaşlarından biri deyib ki, Kyub Suriya sərhədindəki vəziyyətlə əlaqədar olaraq gecənin gec saatlarına qədər və səhər tezdən işdə olub. Onun uşaqlarının telestudiyada olması bu səbəbdən təbiidir.
İstifadəçilər bu hadisənin BBC telekalının efirinin qonağının başına gələn vəziyyətə çox oxşadığını qeyd ediblər. 2017-ci ildə Britaniya kanalının efirində Cənubi Koreya üzrə ekspert Robet Kelli ilə canlı müsahibə zamanı onun olduğu otağa uşaqları daxil olaraq səs-küy salmışdılar.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ