Aloenin saymaqla bitməyən faydaları
Tarix: 25-09-2019, 19:30
Baxılıb: 1 728
Google+ Paylaş
Tumblr Paylaş

Aloenin saymaqla bitməyən faydaları

25-09-2019, 19:30

Aloe (əzvay) tibdə, kosmetologiya sektorunda, xalq təbabətində ən geniş istifadə olunan bitkilərdən biridir. Hələ qədim Misirdə “ölümsüzlük bitkisi” adlandırılan aloe günümüzə qədər möcüzəvi bitki kimi tanınmaqda davam edir. Evdə də asanlıqla yetişdirilən aloe “ev həkimi” kimi təqdim olunur. Saçlardan tutmuş dırnaqlara kimi, orqanizmin hər yerində yaranan sonsuz sayda problemə faydalarının olduğu bildirilir.

Aloedən kosmetik vasitələr də daxil olmaqla, bir çox dərmanların hazırlanmasında geniş istifadə olunur.

Bəs onun faydaları nədir?

Aloe həzm sistemini gücləndirir. Mədədə yaranan narahatlığı ən azı yüngülləşdirə bilir. Dəridə ölmüş hüceyrələri yeniləyir, nəmləndirir, dərini qocalmaqdan qoruyur. Aloe yağı və ya sabunu, ələlxüsus quru dərilərdə yaranan problemləri aradan qaldırır.

Aloe bitkisinin jeleyə bənzər mayesini dəriyə çəkməklə onun təsirini tez bir zamanda hiss etmək mümkündür. Yanıqlar, dəri iltihabı zamanı geniş istifadə olunur. Dəridə yaranan ekzema, sızanaq, dəmirov kimi xəstəliklər zamanı da aloedən yararlanmaq olar.

Eyni zamanda Günəşdən qoruyucu xüsusiyyəti var.

Aloe bağırsaq xərçəngi riskini aradan qaldırır, bağırsaq, böyrək xəstəliklərinin müalicəsində istifadə olunur. Bağırsaqlarda göbələklərin yaranmasının qarşısını alır. Metabolizmi sürətləndirir. Xolesterin səviyyəsini normada saxlayır. Ürək və damarların sağlamlığı üçün mühüm əhəmiyyətə malikdir.

Aloe depressiya və ruhi pozuntuları aradan qaldıra bilir. Orqanizmi radiasiyadan qoruyur.

Aloenin mikrob öldürücü özəlliyi də var. Şəkərli diabet xəstələri üçün faydalıdır.

Həşərat sancmaları zamanı istifadə oluna bilər. Astma xəstələri aloe bitkisini qaynadıb içməklə vəziyyətlərini xeyli yaxşılaşdıra bilərlər. Aloe suyu gözdə yaranan iltihab zamanı da faydalı sayılır.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ