Pivə qarın çıxarmır... EKSPERTLƏRDƏN AÇIQLAMA
Tarix: 23-09-2019, 13:06
Baxılıb: 1 527
Google+ Paylaş
Tumblr Paylaş

Pivə qarın çıxarmır... EKSPERTLƏRDƏN AÇIQLAMA

23-09-2019, 13:06

Almaniyada keçiriləcək "Oktoberfest” -pivə festivalı ərəfəsində ekspertlər pivələrin xüsusiyyətlərindən danışıblar.
"RİA Novosti”-nin xəbərinə görə, mütəxxəsislər pivənin qarın nahiyəsində şişkinlik yaratmasına qarşı mübarizə üsulları barədə fikir mübadiləsi aparıblar.
Pivə eksperti Ştefan Hilbrandt deyib ki, almanlar son vaxtlar alkoqol seçiminə daha ciddi yanaşırlar. Amma yenə də pivə yenə də onların sevimlisi içkisi olaraq qalır. Hilbrandt əminliklə deyir ki, pivə səhhət üçün qətiyyən təhlükə törətmir və o, gələcək nəsillərə də "yoldaşlıq edəcək”.
Kalorisinə görə pivəni yalnız alma şirəsi ilə müqayisə etmək olar, "qarın çıxaran” isə pivə yox, onunla yeyilən məzələrdir.
Mütəxəssisin fikrincə, məzələri pivənin növünə uyğun seçmək lazımdır. Uzunmüddətli saxlanma müddətinə malik açıq rəngli "Pilsner”i eyni dərəcədə "saxlanmağa dözümlü” "Qauda” pendiri ilə, tünd rəngli "Sout”u isə Çili şokoladı ilə içmək məsləhətdir.
Ekspert dəmir qablarda satılan pivələrin keyfiyyətinə də aydınlıq gətirib. Onun fikrincə, dəmir qablar oskigen və işığı sevməyən pivə üçün ideal mühit yaradır.
O, isti havalarda yüngül və açıq rəngli, soyuq havalarda nisbətən ağır və tünd rəngli pivə içməyi məsləhət görür.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ