Cəngəlliklərdə yeni paytaxt tikəcək
Tarix: 6-09-2019, 08:00
Baxılıb: 2 533

Cəngəlliklərdə yeni paytaxt tikəcək

6-09-2019, 08:00

İndoneziya prezidenti Kalimantan (Borneo adası) cəngəlliklərində yeni paytaxt tikmək niyyətindədir.
 Xəbər verilir ki, İndoneziya hakimiyyəti Cakartanın ekoloji və iqtisadi problemlərinə görə, paytaxtı başqa yerə köçürmək barədə qərar qəbul edib.
Hazırda şəhərin bir hissəsi hər il on santimetr çökür və burada daşqın riski var.
Yeni paytaxtın ərazisində təbii fəlakətlər ehtimalı olduqca aşağıdı. Lakin ərazidə meşə yanğınlarının təhlükəsi böyükdür.
Bəzi ekoloji təşkilatlar hesab edir ki, yeni paytaxt təbiətə ziyan vura bilər. Hazırda İndoneziyanın Ətraf Mühitin Qorunması Departamenti layihənin ekoloji qiymətləndirilməsi üzərində işləyir və onun noyabrda başa çatacağı ehtimal edilir.
Əgər layihə bəyənilsə, tikinti 2021-ci ildə başlanacaq. Adı hələ bəlli olmayan yeni paytaxt 32,7 milyard dollara başa gələcək.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ