Aparıcı kök qadınları təhqir etdi - İşdən uzaqlaşdırıldı
Tarix: 26-08-2019, 08:43
Baxılıb: 3 000

Aparıcı kök qadınları təhqir etdi - İşdən uzaqlaşdırıldı

26-08-2019, 08:43

Misirin tanınmış teleaparıcısı Riham Səid çəkisi artıq olan qadınları təhqir etdiyinə görə efirdən kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, aparıcının efirdən kənarlaşdırılması barədə qərarı Misirin Teleradio yayımı üzrə Ali Şurası verib.
Qeyd olunur ki, “Al Hayat” telekanalının yayımladığı “Sabaya” verilişində Riham Səid deyib ki, “kök qadınlar öz qadınlıqlarının bir hissəsini itirirlər, onlar həm ailələrinə, həm də dövlətə yük olurlar və onlara baxmaq xoş olmur”. Tanınmış aparıcının bu sözləri ictimaiyət arasında böyük narazılığa səbəb olub.
Efirdən kənarlaşdırılan aparıcı “facebook”dakı hesabı vasitəsilə videobəyanatla çıxış edərək onun sözlərinin təhrif olunduğunu, düz başa düşülmədiyini bildirərək tamaşaçılardan üzr istəyib və işdən ayrıldığını deyib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ