Dəhşətli anlar: “İnsanları diri-diri yeyirdilər…” – Gəmidən sağ çıxan hərbçi
Tarix: 3-08-2019, 09:37
Baxılıb: 1 176

Dəhşətli anlar: “İnsanları diri-diri yeyirdilər…” – Gəmidən sağ çıxan hərbçi

3-08-2019, 09:37

Amerikalı keçmiş hərbçi Edqar Harrellin danışdıqları hər kəsi təəccübləndirir.
Teleqraf.com xəbər verir ki, Harrell 1945-ci ildə torpedo sistemi ilə batırılan gəmidəki 1195 hərbçidən biri olub.
O, gəmi batdıqdan sonra şans sayəsində sağ qaldığını və təxminən 600 əsgərin köpək balıqları tərəfindən diri-diri yeyilməsinin şahidi olduğunu iddia edib.
Dörd gün dənizin ortasında sağ qalmağı bacaran hərbçi bir müttəfiq ordunun qırıcısının onu təsadüfən görməsindən sonra xilas olub.
Tarixin ən qorxunc köpək balığı hücumu olaraq xatırlanan olay “Indianapolis” adlı ABŞ döyüş gəmisində baş verib.
Gəmi 1945-cil avqustun 31-də bir həftə sonra Yaponiyanın Xirosima adasına atılacaq uranı adaya çatdırıb Filippin sahillərindəki Tinian adasına doğru hərəkət edirdi. Lakin yapon sualtı gəmisi “Indianapolis”-i gördükdən sonra gəmiyə 6 torpedo zərbəsi endirdi. Bu torpedolardan ikisi gəmiyə böyük xəsarət verdi və batmasına səbəb oldu.
Harrell həmin vaxt 20 yaşındaydı və gəmidəki 1195 əsgərdən sadəcə biri idi. Gəminin batması ilə Sakit okean sahillərində sanki “can bazarı” açıldı. Bəxti gətirən Harrell özünü bir avarlı qayığa ata bilmişdi. Lakin xilas olmasını gözlədiyi dörd gün ərzində 600 əsgərin köpək balıqları tərəfindən yeyilməsinin şahidi oldu:
“Hər gün, hər gecə insanların diri-diri yeyildiyini müşahidə elədik. Təsəvvür edin ki, suda yaxın dostunuzu görürsünüz, amma bədəninin bir hissəsi yoxdur, bağırsaqları çölə tökülüb”.
Harrellin başına gələn əhvalat əsasında 2016-cı ildə “USS Indianapolis: Men of Courage” adlı film çəkilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ