Dijital qiyamət və sonrası
Tarix: 30-07-2019, 22:34
Baxılıb: 1 001

Dijital qiyamət və sonrası

30-07-2019, 22:34

Texnologiyadan məhrum qalsaq nə edərik?
Gözləmədiyimiz bir halda texnoloji imkanlardan uzaq qalsaq, daha pisi bütünlüklə bunlardan məhrum qalsaq, nə edərik?
Con Kasti "Hər şey bir gecədə məhv ola bilər" kitabında qiyamət ssenarilərini yarada biləcək 11 əsas hadisəni göstərir.
Avromedia.az facemark.az-a istinadən bildirir ki, X-hadisə adlandırılan bu hadisələr belə sıralanır.
Dijital Qaranlıq: İnternet və kommunikasiya şəbəkələrinin çöküşü
Qida ehtiyatının bitməsi: Qlobal qida halqasının məhvi
Elektronik Cihazların Sonu: Qlobal EMP dalğasının bütün cihazları pozması
Yeni dünya nizamsızlığı: Qloballaşmanın iflası
Öldürən Fizika: Dünyanı məhv edəcək ekzotik hissəciklər
Hava uçuşu: Qlobal miqyasda nüvə fəlakəti və ya müharibə
Tükənən Anbar: Qlobal neft rezervlərinin bitməsi
Xəstəlik: Qlobal virusun yayılması
Qaranlıq və susuzluq: İşıq və suyun kəsilməsi
Çılğın texnologiyalar: Süni zəka və robotların dünyanı ələ keçirməsi
Böyük mülayimləşmə: Dünya maliyyə bazarlarının çöküşü
Əlbəttə, bu siyahıda olanlar qısa və uzunmüddətli dövrdə reallaşması gözlənilmir. Ancaq qlobal bazarların çöküşü və iqtisadi böhran, qloballaşmanın məhvinin ayaq səslərini eşidirik. Əlbəttə, bunlar özlərini ilə bölgədə münaqişəyə, qlobal elektrik və su kəsilməsinə, hətta nüvə müharibəsi kimi riskləri də gətirir. "Əsla olmaz" demək olmaz, siyahıda yer almayan, amma kosmosun fəthi, asteroidin dünya ilə toqquşması da ehtimallar arasındadır.
Sual bu deyil, belə qlobal məhv necə olacaq? Sual budur ki, bu halda biz nə edəcəyik?
Öhdəsindən gələ biləcəyik?
Təsəvvür edin ki, sabah qalxdınız, özünüzü qiyamət sonrası bir ssenaridə gördünüz, şəhərlərdən qaçaraq quru mühitə yetişdiniz. Torpaq və su var. Başınızı soxacaq mağara və ya bir yer var. Bəs, qablaşdırılmış hazır toxumlarımız, kimyəvi gübrə və aqrar dərmanlar olmadan öz məhsullarınızı yetişdirə biləcəksiniz? Toyuqlar xəstələnəndə onları müalicə edə biləcəyik? Qaldığınız məkana soba və dam inşa etmək istəsəniz, "YouTube" videoları olmadan bunu necə edəcəksiniz? "Discovery Channel"də yayımlanan "Bear Grylls" ilə "Inanılmaz Xilas" seriyasında hər şeyi yoluna qoymağın yolu vardır, elə deyil?
İnternet hesabına informasiya əlçatanlıq çox asanlaşdı. O qədər asanlaşdı ki, onların məhv olma ehtimalını heç düşünmürük. Əslində bunu çoxdan təcrübədən keçirdik. Ölkədə "Wikipedia" qadağa olundu və biz qlobal ensiklopediadan məhrum qaldıq. Amma alternativ yollarımız həmişə var. Bilgilərimiz dijitallaşır və onların hafizələrdə ilişib qalması və yeni nəsillərə ötürülməsi problemini yaradacaq.
Sənaye istehsal sona çatdıqda, qələm və kağız belə istehsal edəcək bilgidən məhrum qalacağıq. Təəssüf ki, filmlərdəki kimi qruplar yaratmaq, düşmənlərə qarşı mübarizə aparmaq və xoşbəxt sona çatmaq düşülünəndən də çox çətin, hətta imkansızdır.
Belə bir ssenaridə insanların təkrar mövcud mədəniyyət səviyyəsinə çatması yüz illər ala bilər.
Biz özümüzü dijital dünyanın nemətlərindən asılı hala gətirməməliyik. Ənənəvi üsulları mədəniyyətlərin bir hissəsi olaraq yaşatmağa davam etməliyik. Bəs öhdəsindən gələ biləcəyik?
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ