POCO- nun yeni modeli təqdim olundu
Tarix: 1-12-2021, 08:47
Baxılıb: 1 075
Google+ Paylaş
Tumblr Paylaş

POCO- nun yeni modeli təqdim olundu

1-12-2021, 08:47

Xiaomi-nin POCO brendi yeni POCO M4 Pro 5G smartfon modelini təqdim edib. Texniki cəhətdən bu smartfon bir neçə müddət bundan öncə Çində təqdim edilmiş Redmi Note 11-in kopyasıdır. Lakin xarici görünüşcə yeni smartfon Redmi Note 11-dən bir qədər fərqlənir və qlobal bazarda satışlar üçün nəzərdə tutulub. Beləliklə POCO M4 Pro 5G smartfonu 90 Hz-lik təsvir yeilənməsinə sahib 6.6 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

POCO M4 Pro 5G modeli 3.5 mm-lik audiogirişə və stereo səsgücləndiricilərə sahibdir. Əsas texniki özəlliklərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Dimensity 810 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 119 dərəcə bucaq təsviri) ikili arxa kamera, 16 MP-lik (f/2.45 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfonun arxa kameraları gecə çəkilişi rejimini dəstəkləyirlər və saniyədə 30-60 kadr sürətlə 1080p keyfiyyətində və saniyədə 30 kadr sürətlə 720p keyfiyyətində videolar çəkə bilirlər. Ön kamera isə saniyədə 30 kadr sürətlə 1080p keyfiyyətində videolar çəkə bilir. POCO M4 Pro 5G həmçinin kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi də özündə birləşdirir. Smartfon MIUI 12.5 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon artıq sabah satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:

- 4 GB RAM + 64 GB yaddaş - 229 avro

- 6 GB RAM + 128 GB yaddaş - 249 avro.milli.az

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ