“Yadplanetlilər gəlir” – Ölkədə UNO təşvişi/Foto
Tarix: 25-07-2019, 08:14
Baxılıb: 2 627

“Yadplanetlilər gəlir” – Ölkədə UNO təşvişi/Foto

25-07-2019, 08:14

Hindistanın Ayda su axtarmaq üçün kosmosa göndərdiyi raket Avstraliyada Uçan Naməlum Obyekt (UNO) kimi narahatlığa yol açıb.
Avromedia.az xəbər verir ki, minlərlə avtraliyalı sosial şəbəkədə qəribə işığın fotosunu paylaşıb.
Quinsland və Şimal Torpaqlarında yaşayan avtraliyalılar səmada sirli bir obyektin uçduğunu iddia edib, hər kəs bir nəzəriyyə ortaya atıb.
Bu, “Yadplanetlilər gəlir” iddiasının yayılmasına yol açıb.
Cənubi Quinsland Universitetinin professoru Yonti Hörnerin fotoya verdiyi şərhlə sir çözülüb.
Hörner olay haqda “Kosmos texnikası atmosferi yarıb keçərkən görəcəyiniz mənzərə belə olur. Bu, bir meteoritlə müqayisədə çox yavaş hərəkət edir”, deyib.
Professor işığın Hindistanın Aya göndərdiyi “Chandrayaan-2” raketindən gəldiyini bildirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ