Yaşlı insanlar çuğundur şirəsi içsin - Həkimlər
Tarix: 7-04-2021, 10:15
Baxılıb: 3 655
Google+ Paylaş
Tumblr Paylaş

Yaşlı insanlar çuğundur şirəsi içsin - Həkimlər

7-04-2021, 10:15

Yaşlı insanlara çuğundur şirəsi içmək ağız boşluğundakı bakteriyaları məhv etməyə, baş beyin, ürək və damarların sağlamlığını qorumağa kömək edəcək.

Avromedia.az xəbər verir ki, Böyük Britaniyanın Ekseter Universitetinin alimləri nitratlarla zəngin çuğundur, kərəviz, ispanağın yaşlı insanlar üçün əvəzsiz olduğunu sübut edib.
“Yaşlılarda oksid azot hasili azalır, bu da damarların, ürəyin funksiyasına pis təsir edir. Ona görə bu adamlara nitratla zəngin qidalar vacibdir”.
Onlar 70-80 yaş arası 26 nəfər üzərində müşahidə aparıblar.

Eksperiment 2 mərhələdən ibarət olub: hər biri 10 gün davam edib.

Birinci mərhələdə iştirakçılar hər gün bir stəkan çuğundur şirəsi içiblər, ikinci mərhələdə isə onlara nitratlardan təmizlənmiş çuğundur şirəsi verilib.

Birinci mərhələdən sonra yaşlıların ağız boşluğu mikrobiomu faydalı bakteriyalarla çoxalıb, onlarda təzyiq göstəriciləri yaxşılaşıb, beyin koqnitiv funksiyaları itiləşib.

Yaşlıların gündəlik menyusuna nitratlarla zəngin tərəvəzlər daxil edin.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ