İnsanların danışmalarını dəyişdirə bilən süni intellekt yaradıldı
Tarix: 28-06-2019, 08:23
Baxılıb: 2 079

İnsanların danışmalarını dəyişdirə bilən süni intellekt yaradıldı

28-06-2019, 08:23

Yalnız mətn faylını istifadə edərək insanların danışmalarını dəyişdirə bilən yeni süni intellekt alqoritmini sizlərlə paylaşırıq.
Bir kompyuterin və ya kompyuter idarəsindəki bir robotun, müxtəlif fəaliyyətləri ağıllı canlılara bənzər formada yerinə yetirmə qabiliyyəti mənasını verən süni intellekt, indiki vaxtda bir çox sahədə olduqca təsirli bir formada istifadə edilir. Son zamanlarda bazara çıxan çoxu smartfonlarda istifadə edilən bu texnologiya, bəzən olduqca qorxuducu görünə bilər.
Yeni yaradılmış alqoritm, insan üzlərinin diqqətə çarpan bir formada görüldüyü videoda, insanların danışmalarına cümlə əlavə etməyi və ya cümlə çıxarmağı mümkün hala gətirir. Yəni, videodakı insanların danışmaları istənildiyi kimi təşkil edilə bilir. Bunu edə bilmək üçün isə, sadə bir mətn tənzimləmə proqramı istifadə edilir.
Stenford Universitetinin Maks Plank İnformatika İnstitutu, Prinston Universiteti və Adobe Research şirkətinin birgə yaratdıqları yeni üsul, film və televiziya redaktorları tərəfindən istifadə edilmək üçün yaradıldı. Bu sistemi istifadə edərək eyni səhnənin yenidən təkrar çəkilişi lazım deyil. Tək bir video üzərindən insanların danışmaları, istənildiyi kimi dəyişdirilə bilər.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ