Smartfonların təhlükəli təsiri
Tarix: 27-06-2019, 21:55
Baxılıb: 20

Smartfonların təhlükəli təsiri

27-06-2019, 21:55

Avstraliya alimləri bildirir ki, smartfonların istifadə edilməsi cavan insanlarda kəllə sümüyündə dəyişikliyə səbəb olur.
Avromedia.az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılar 1,2 min insanın rentgen şəkillərini nəzərdən keçirərək, 18-30 yaş arası insanlarda kəllə sümüyündə baş verən anomal dəyişikliyi aşkar etmişdir. Əmələ gələn şişlərin bəzilərinin uzunluğu 10 millimetr, bəzilərinin isə, 3 santimetrə çatdığı qeyd olunur. Entezofit adlanan şişkinliklər, davamlı əzələ gərginliyindən əmələ gəlir.
Mütəxəssislərin fikrinə görə, belə halların baş verməsi yanlış qamətin vəziyyətindən əmələ gəlir. Belə ki, mobil cihazlardan istifadə zamanı insan başını qabağa doğru əymiş olur. Entezofitlərin uzunluğuna genetik meyillilik və iltihab prosesləri təsir edir.
Entezofit özü-özlüyündə mənfi təsirə malik deyil. Lakin onlar başqa bir ciddi xəstəliyin simptomu ola bilər. Orqanizmin əyri onurğa formasını kompensasiya etməsi müəyyən oynaq və əzələlərə təzyiq göstərərək, gələcəkdə orqanizmdə müxtəlif zədə və pozuntu hallarının yaranmasına səbəb ola bilər.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ