Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir
Tarix: 10-10-2020, 08:56
Baxılıb: 1 103
Google+ Paylaş
Tumblr Paylaş

Bu yağın 1 litri 10 minə satılır - Dünyanın ən qiymətlilərindəndir

10-10-2020, 08:56

Dünyanın ən bahalı məhsullarından biri də çobanyastığı çiçəyi yağıdır.
Avromedia.az xəbər verir ki, bu yağın 1 litri beynəlxalq bazarlarda 10 min manata yaxın qiymətə alıcısını tapır.

Məhsul 8 ton çobanyastığı çiçəyindən distillə üsulu ilə əldə olunur. Mütəxəssislər bu yağın olduqca qiymətli, eyni zamanda toksiki təsirli olduğuna diqqət çəkir. Bu yağdan gündə yarım və ya bir damla istifadə tövsiyə olunur.
Min bir əziyyətlə əldə edilən çobanyastığı çiçəyi yağı dünyanın nadir ölkələrində, xüsusi layihələr çərçivəsində istehsal olunur. Ən çox kosmetika sektorunda bu yağdan istifadəyə üstünlük verilir.
İstehsalçılar may ayında yetişən çobanyastığının daha qiymətli olduğunu bildirir.
Bu yağın həzm sistemi problemlərinə, dəri ləkələrinə effektiv təsiri var. (publika.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ