Okeanda itkin düşən qadın il yarım sonra tapıldı — ŞOK TƏFƏRRÜAT
Tarix: 10-06-2019, 15:16
Baxılıb: 1 049

Okeanda itkin düşən qadın il yarım sonra tapıldı — ŞOK TƏFƏRRÜAT

10-06-2019, 15:16

İndoneziyanın Nininq Sunarsix adlı sakininin başına qəribə hadisə gəlib.
“Ölkə.Az” xəbər verir ki, 52 yaşlı Nininq Yava adasının qərbindəki kurortların birində istirahət etmək qərarına gəlib. Günlərin birində dənizdə güclü fırtına qopur. Bu zaman Sunarsix çimərlikdə olub. Sahilə hücum çəkən iri dalğa qadını ağuşuna alaraq açıq dənizə aparır. Nininq qışqırır, köməyə çağırır, amma fırtınadan heç kəs onu xilas edə bilmir.
Fırtına sakitləşdikdən sonra qadını axtarmağa başlayırlar. Xilasedicilər bir neçə gün ərzində sahili ələk-vələk edirlər. Amma itkin düşən qadının meyiti tapılmır. 7 həftə sonra eybəcər hala düşən bir meyit tapılır. Tanımaq üçün Sunarsixin ailəsini çağırırlar. Amma ailə üzvləri bildirirlər ki, bu, Nininqin meyiti deyil. Bundan sonra heç kəs qadının axtarışı ilə məşğul olmur. Xilasedicilərin fikrinə əsasən, Nininq dəniz sakinlərinin yeminə çevrilib.
Amma bu hadisə bununla bitmir. İl yarım sonra əsl mistika baş verir. 2018-ci ilin iyun ayının sonunda Nininqin əmisi qəribə yuxular görür. Yuxuda o, eyni çimərlikdə olub və Sunarsix bütün doğmalarını dəniz sahilinə çağırıb. Sonradan bu yuxular təkrarlanmağa başlayıb.
İndoneziyalılar xürafatçılığa meyllidir. O, bu yuxunu doğmalarına danışır. Ailə qərara gəlir ki, Yava adasındakı o kurorta getsinlər. İlk gün onlar heç kəsi tapa bilmirlər. İkinci gün isə əsl möcüzə baş verir. Eyni yerdə qohumları Nininqi tapırlar. Nininq huşsuz vəziyyətdə uzanmışdı. Sunarsixi yaxınlıqdakı xəstəxanaya aparırlar. Həkimlər bildirirlər ki, onun vəziyyəti çox ağırdır, amma yaşayacaq.
18 ay Nininqin harada olduğunu heç kəs bilmir. Ancaq o, özünə gəldikdən sonra həqiqətlər üzə çıxa bilər...
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ