Alimlər vaksini öz üzərlərində sınaqdan keçirdi
Tarix: 23-05-2020, 21:26
Baxılıb: 1 043
Google+ Paylaş
Tumblr Paylaş

Alimlər vaksini öz üzərlərində sınaqdan keçirdi

23-05-2020, 21:26

Rusiya Səhiyyə Nazirliyinin Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları COVİD-19 virusuna qarşı vektorlu vaksini öz üzərlərində sınaqdan keçiriblər.
Avromedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mərkəzin direktoru, REA-nın akademiki Aleksandr Ginzburq məlumat verib.
O bildirib ki, təcrübə uğurlu olub: immunitet var, mənfi təsirlər aşkar edilməyib.
Akademik özlərinə vaksin vuran həmkarlarının adlarını dəqiqləşdirməyib, lakin onun sözlərinə görə, onlar mərkəzin əməkdaşları, o cümlədən ilkin tədqiqatların təşkilatçıları və texnoloqlardır.
Ginzburq vurğulayıb ki, söhbət SARS-CoV-2 koronavirusu geninin daxil edildiyi adenovirusun DNT-si əsasında perspektivli vektorlu vaksindən gedir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ