Bir gündə 6,4 milyard ABŞ dolları qazandı-ŞANS
Tarix: 15-04-2020, 08:17
Baxılıb: 2 927
Google+ Paylaş
Tumblr Paylaş

Bir gündə 6,4 milyard ABŞ dolları qazandı-ŞANS

15-04-2020, 08:17

“Amazon” onlayn alış-veriş portalının səhmlərində baş verən yüksəliş, korporasiyanın təsisçisi və rəhbəri, iş adamı, sərmayədar və xeyriyyəçi Ceff Bezosa (Jeff Bezos) milyardlarla ABŞ dolları qazandırıb.
Avromedia.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Forbes” jurnalı öz saytında təqdim edib.
Nyu-York əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının nəticələrinə əsasən “Amazon”un səhminin qiyməti 5,4 % bahalaşıb. Beləliklə, korporasiyanın 11,2% səhminin sahibi olan Bezosun səvəti 6,4 milyard ABŞ dolları (təxminən 5%) artaraq 138 milyard ABŞ dollarına çatıb.
Eyni zamanda, milyarderdən boşanması nəticəsində dünyanın ən varlı qadınlarından biri olan Bezosun keçmiş həyat yoldaşı Makenzi Bezosun sərvəti də ticarət sessiyası dövründə 2,2 milyard ABŞ dolları artaraq 44,8 milyard ABŞ dollarına qədər yüksəlib. 
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ