Yeni doğulan əkizlərə Kovid və Korona adı verildi - FOTO
Tarix: 4-04-2020, 08:37
Baxılıb: 2 529
Google+ Paylaş
Tumblr Paylaş

Yeni doğulan əkizlərə Kovid və Korona adı verildi - FOTO

4-04-2020, 08:37

Hindistanın Raypur şəhərində cütlük doğulan əkiz uşaqlarına koronavirusun mövcud pandemiyasına görə  Korona və Kovid adı verib.
Metro” nəşri bildirir ki, oğlan və qız qeysəriyyə əməliyyatı vasitəsi ilə dünyaya gəliblər.
Əkizlərin valideynlərinin sözlərinə əsasən, bu adlar onlara keçdikləri bütün çətinlikləri xatırladacaq.
“Koronavirus çox təhlükəlidir, lakin onun sayəsində insanlar təmizliyə və gigiyena qaydalarına daha çox fikir verməyə başlayıblar. Elə buna görə də biz övladlarımızı Korona və Kovid adlandırmaq qərarına gəldik. Biz bu barədə düşünürdük. Lakin xəstəxananın personalı da uşaqlarımıza Korona və Kovid deyə müraciət etdikdə, qərarımız qətiləşdi”, - deyə körpələrin anası Priti Verma bildirib.
Cütlük qeyd edib ki, pandemiya bitdikdən sonra uşaqların adlarını dəyişdirə bilərlər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ