Atasına bənzəyən uşaqlar haqqında MARAQLI FAKT - ARAŞDIRMA
Tarix: 3-03-2020, 10:14
Baxılıb: 1 417
Google+ Paylaş
Tumblr Paylaş

Atasına bənzəyən uşaqlar haqqında MARAQLI FAKT - ARAŞDIRMA

3-03-2020, 10:14

Alimlər atasına bənzəyən uşaqların daha sağlam olduqlarını qeyd edib. Və bu təkcə genetika ilə əlaqəli deyil...
Avromedia.az xəbər verir ki, uşağın tərbiyəsi prosesində atanın rolu əsasən itirilir: onun ikinci dərəcəli funksiyaları yerinə yetirdiyi və əsas vəzifəsinin ailənin maddi rifahını təmin etməsi olduğuna inanılır.
Amerikalı psixoloqlar 715 ailəni araşdırıb və maraqlı nümunələr tapıb. Tədqiqat nəticəsində məlum olub ki, atalar onlara bənzəyən övladları ilə digər qohumlara bənzəyənlərə nisbətən orta hesabla ayda 2 gün daha çox vaxt keçirib. Bu da körpələrin sağlamlığına təsir edib: birincilərin astma hücumlarına məruz qalma ehtimalı az olub və il ərzində onların ümumi vəziyyəti 10% yaxşılaşıb.
Mütəxəssislər bunun böyük ölçüdə təkamül nəzəriyyəsi ilə əlaqəli olduğunu irəli sürür, odur ki, övladları ilə daha güclü genetik əlaqəsi olan valideynlər onların firavan və sağlam gələcək şanslarını artırır.
Xüsusi olaraq kişilərə gəldikdə, atalıqlarından əmin olmayanlar, uşağın onlara bənzədiyini gördükdən sonra fikirlərini dəyişir. Kişilər bundan sonra vaxtını, enerjisini uşağın sağlamlığı və rifahı üçün investisiya qoymağa hazır olur. Heç vaxt özlərinə xarici bənzərlik tapa bilməyən atalarsa bu cür "investisiya" nın faydasız olduğuna əmin olduğundan uşaqları uğrunda özlərini qurban verməyə çalışmır.
Uşağına bənzərliyi görən atalar daha inamlıdır və körpə ilə daha çox vaxt keçirirlər. Düzdür, bu təsir böyük ailələrdə yaşayan uşaqlara aid deyil.
Tədqiqatın müəlliflərindən biri professor Solomon Polaçekin sözlərinə görə, buradan belə qənaətə gəlirik ki, uşaq nə qədər atasına bənzəyirsə, o qədər də sağlam olacaq. Körpənin valideyni ilə çox vaxt keçirməsi onun bütün ehtiyaclarını izləmək üçün daha çox imkan verir. Dolayısı ilə atanın uşağına həsr etdiyi əlavə gün onun gələcək sağlamlığına bir növ töhfədir.
Polaçek və həmkarlarının sözlərinə görə, tapdıqları nəticələr gələcək nəslin tərbiyəsində ata iştirakının roluna yeni işıq saldı, xüsusən kövrək və tək valideynli ailələrdə. Ataların uşaqları ilə çox vaxt keçirməsi ailənin maddi ehtiyacları barədə daha yaxşı məlumatlandırmanı təmin edir.(publika.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ