İt yuxuda olan sahibinin həyatını xilas etdi
Tarix: 27-02-2020, 08:12
Baxılıb: 2 528
Google+ Paylaş
Tumblr Paylaş

İt yuxuda olan sahibinin həyatını xilas etdi

27-02-2020, 08:12

ABŞ-ın Kolumbus şəhərində (Ohayo ştatı) pitbul apnoe sindromundan (yuxuda xoruldayarkən boğulma) əziyyət çəkən sahibini ölümdən qurtarıb.
"The Mirror" xəbər verir ki, 36 yaşlı Felisiya Qillman səkkiz aylıq itləri Çarlinin səsinə ayılıb. O, itin hürdüyünü və yan otaqda kresloda yatan 56 yaşlı həyat yoldaşı tərəfə getdiyini görüb.
Narahat olan qadın itin arxasınca gedərək onun yoldaşının qucağına çıxaraq üzünü yaladığını görüb.
Felisiya yoldaşı Daqın buna reaksiya vermədiyindən şübhələnərək onu oyatmağa çalışıb.
Daqın oyanmadığını görən qadın təcili tibbi yardım çağırıb.
Həkimlər kişinin yuxuda apnoe sindromuna tutulduğunu müəyyən ediblər.
Onların sözlərinə görə, əgər Felisiya bir neçə dəqiqə geciksə idi yoldaşı ya boğulub öləcəkdi, ya da ağır beyin xəsarəti alacaqdı.
Xəstəxanaya yerləşdirilən Daq üç gün reanimasiyada yatdıqdan sonra düzəlib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ