Donmuş çaydan xilas etdikləri it başqa heyvan çıxdı
Tarix: 19-02-2020, 08:00
Baxılıb: 3 226
Google+ Paylaş
Tumblr Paylaş

Donmuş çaydan xilas etdikləri it başqa heyvan çıxdı

19-02-2020, 08:00

Estoniyada damba işçiləri donmuş çayda qalan it bildikləri heyvanın köməyinə gəliblər.
“Parnu Postimees” xəbər verir ki, sudan xilas edilən heyvanı dəsmala büküb isinmək üçün maşına aparıblar.
Maşında olarkən heyvana diqqətlə göz gəzdirən işçilər onun it yox, canavar olduğunu müəyyən ediblər.
Qeyd etmək lazımdır ki, canavar onu xilas edənlərə qarşı hansısa aqresiv davranış sərgiləməyib.
Damba işçiləri canavarı baytar klinikasına gətiriblər.
Bir neçə gün burda qalandan sonra heyvan vəhşi təbiətə buraxılıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ