“Bu qalmaqalda Vasif Talıbov da ziyan çəkdi”
Tarix: 16-11-2019, 14:12
Baxılıb: 2 116
Google+ Paylaş
Tumblr Paylaş

“Bu qalmaqalda Vasif Talıbov da ziyan çəkdi”

16-11-2019, 14:12

“Almaniyada baş verәn son hadisәlәrdәn sonra Azәrbaycanda әn çox maddi ziyan görәn Arif Hacılı vә Vasif Talıbovdur”. 
Yeni Sabah xəbər verir ki, bu fikirlər hazırda Almaniyada yaşayan araşdırmaçı jurnalist Yafəz Əkrəmoğluna məxsusdur. Jurnalist bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Sirab” şirkətinin Almaniyadakı qeyri-rəsmi filialına Müsavat Partiyasının üzvü, Müsavatın Avropa Koordinasiya Mərkəzinin sədr müavini Mehdi Xəlilbəylidir. Mehdi Xəlilbəyli “mühacir biznesi”ndə adı hallanan əsas fiqurantlardan biridir. Onun Almaniyada miqrantlara qarşı keçirilən polis əməliyyatında saxlanılıdığı bildirilir. 
Yafəz Əkrəmoğlu deyib ki, “mühacir biznesi” ilə bağlı Almaniyada başlanan cinayət işində də “Sirab” şirkəti ilə bağlı qeydlər var. “Hәbs olunan müsavatçı Mehdi Xәlilbәyli Vasif Talıbovun sahibi olduği "Sirab" şirkәtinin Almaniyadakı qeyri-rәsmi filialının rәhbәridir. Cinayәt işindә keçәn mәlumata görә, filiala aid Almaniyada qeydiyyatda olan 194 әdәd ağır tonajlı tırlar Vasif Talıbovun oğluna məxsusdur. Bu tırların әn azı yarısı hәr gün yollarda, iş başında olub, pul qazanıb. Onların aqibәtinin necә olacağı mәlumdu yәqin. "İt detdi, ip dә getdi" mәsәli”, - deyə jurnalist əlavə edib.
Müsavatçı Mehdi Xəlilbəylinin “Sirab” şirkətinə bağlılığı barədə bundan əvvəl də iddialar səsləndirilib. Avropada yaşayan müsavatçı jurnalist Laçın Məmişov isə hətta Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin də “Sirab” şirkəti tərəfindən maliyyələşdirildiyini bildirmişdi:
“Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbəri “Sirab” şirkəti maliyələşdirir. Mən buradan İsa Qəmbərə və Arif Hacılıya müraciət edib, “Sirab”dan onlara nəyə görə pullar verilməsinə cavab istəyirəm. Bu gün İsa Qəmbərin bütün müalicə xərclərini “Sirab” şirkəti ödəyir. İsa Qəmbər, Arif Hacılı, bu suallara cavab verin. Məndən qaça bilməyəcəksiniz. Gec-tez ifşa olunacaqsınız”.
Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Namiq Novruzov isə bununla bağlı bəyanat yayaraq deyilənləri təkzib etmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ