Siyasi sferada PA-nın yeni rəhbəri bu cür xarakterizə edilir - AÇIQLAMA
Tarix: 1-11-2019, 16:42
Baxılıb: 1 026
Google+ Paylaş
Tumblr Paylaş

Siyasi sferada PA-nın yeni rəhbəri bu cür xarakterizə edilir - AÇIQLAMA

1-11-2019, 16:42

Elxan Şahinoğlu: “Yeni təyinat qeyri-rəsmi inhisarçılığı aradan qaldıracaq”
Ölkə prezidentinin sərəncamı ilə Samir Nuriyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Uzun illər hökumətin ən yüksək postlarından biri olan Prezident  Administrasiyanın rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyevin kənarlaşdırılmasından sonra, ölkənin siyasi elitasını yeni təyinatın kim olacağı düşündürürdü.
Nəhayət, prezident İlham Əliyev yüksək təhsili və idarəçilik bacarığı ilə fərqlənən, ən əsası isə gənc kadr olan  Samir Nuriyevi Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etdi.
Samir Nuriyevin təhsil və fəaliyyət dosyesi haqda informasiya, onun şəxsi məlumatları arasında yer aldığından, bu barədə  danışmağa ehtiyac yoxdur. Önəmli olan yeni və gənc kadrın şəxsi xarakteristikası və iş ambissiyalarıdır ki, məhz bu xüsusiyyətlər onun gələcək fəaliyyətində özünü göstərəcək.
Qeyd edək ki, ictimai və siyasi sferada Samir Nuriyev prinsipial, rüşvət və korrupsiyadan uzaq bir şəxs kimi xarakterizə edilir.
Mövzu ətrafında KONKRET.AZ – a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, prezidentin bu təyinatı kadr islahatlarının sürətlə davam etdirildiyini göstərir: “Son iki  həftə ərzində kifayət qədər ciddi təyinatların şahidi olduq. Bu təyinatların davamlı olacağı da heç kimə sirr deyil. Bu təyinatların əsasən iki məqsədi var. Birinci məqsəd siyasi-iqtisadi və sosial islahatları dərinləşdirmək, ikinci  ən vacib məqam isə korrupsiya və rüşvətxorluğun miqyasını son dərəcə azaltmaqdır. Təəssüflər olsun ki, bu gün bəzi məmurlar öz şirkətləri vasitəsi ilə rəqiblərini sıxışdırmaqla məşğuldurlar. Prezident özü də müşavirələrdə bu barədə kəskin fikirlər səsləndirib.  Düşünürəm ki, yeni təyinat qeyri-rəsmi inhisarçılığı aradan qaldıracaq”.
Elxan Şahinoğlu əlavə edib ki, Samir Nuriyevin tərcümeyi halında, onun fəaliyyət istiqamətini görmək mümkündür: “ABŞ-da magistratura təhsili alıb, heç zaman kölgə iqtisadiyyatında və korrupsiyada adı hallanmayıb. Gördüyü işlər də göz qarşısındadır. İşlədiyi dövlət qurumlarında hər zaman yenilikləri ilə yadda qalıb. Düşünürəm ki, bu yenilikləri yeni vəzifəsində də, davam etdirməyə çalışacaq”.
Hazırladı: Müşviq TOFİQOĞLU
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ