Xızıdakı helikopter qəzası ürəyimizi parçaladı- Bayraqdar
Tarix: 1-12-2021, 08:06
Baxılıb: 878
Google+ Paylaş
Tumblr Paylaş

Xızıdakı helikopter qəzası ürəyimizi parçaladı- Bayraqdar

1-12-2021, 08:06

Bu gün (dünən - red.) Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq.

Bunları Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Tvitter hesabında bildirib.

“Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram. Türk millətinin başı sağ olsun”, - Bayraqdar vurğulayıb.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ