Vətən müharibəsinin xronikası: 7 oktyabr
Tarix: 7-10-2021, 08:00
Baxılıb: 2 398
Google+ Paylaş
Tumblr Paylaş

Vətən müharibəsinin xronikası: 7 oktyabr

7-10-2021, 08:00

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Avromedia.az Vətən müharibəsinin xronikasını təqdim edir:
1. Prezident İlham Əliyev “Avronyus” və CNN-Türk televiziyalarına müsahibə verib.
2. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
3. Prezident İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib.
4. Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə kaset tipli raket atıb.
5. Müdafiə Nazirliyi xəbər verir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb. Nazirlik işğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndindən videogörüntülər yayıb.
6. Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə , Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutulub.
7. Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb və videogörüntülərini yayıb.
8. Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şəybəy kəndinin görütülərini yayıb.
9. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus texnikaların videogörüntülərini yayıb.
10. Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.
11. Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.1-ci və 7-ci alayın müdafiə sahələrində yerləşən bölmələrin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilikediblər.Axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ