İran səfirliyi Azərbaycanla bağlı BƏYANAT YAYDI
Tarix: 1-03-2021, 13:16
Baxılıb: 4 061
Google+ Paylaş
Tumblr Paylaş

İran səfirliyi Azərbaycanla bağlı BƏYANAT YAYDI

1-03-2021, 13:16

"Azərbaycan Respublikasının müdrik xalqının və cəmiyyətinin diqqətinə çatdırırıq ki, səfirlik üçüncü bir ölkənin KİV-lərinə istinadən yayılan "İran Azərbaycan Ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib" xəbərlərini qətiyyətlə təkzib edir".
Bu barədə Avromedia.az-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.
"İslam İnqilabının Ali Rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqelərini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan Respublikasının müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub. Azərbaycan Respublikasının möhtərəm Prezidenti də İrandan silah aldıqlarını açıqlayıb. İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur. İran, Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz", - diplomatik nümayəndəlikdən qeyd olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ