Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı
Tarix: 23-01-2021, 08:47
Baxılıb: 4 231
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan Ordusunun şəhid zabitinin nəşi tapıldı

23-01-2021, 08:47

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.
Avromedia.az xəbər verir ki, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.
Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.
1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ