Vüqar "Sərfəli"nin sürücüsü də həbs olundu
Tarix: 15-01-2021, 08:13
Baxılıb: 2 542
Google+ Paylaş
Tumblr Paylaş

Vüqar "Sərfəli"nin sürücüsü də həbs olundu

15-01-2021, 08:13

Bu gün həbs edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin sürücüsü Əlikram Güləhmədov da saxlanılıb.
Avromedia.az Rupor-a istinadla xəbər verir ki, Ə.Güləhmədov müdiri Vüqar Səfəliyə qarşı irəli sürülən eyni istintaq işi üzrə həbs olunub.
Qeyd edək ki, Vüqar Səfərli bu gün həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ